SAĞLIQ

Bütün günü ayaqüstə işləmək zərərlidir
11 SENTYABR
33

Bütün günü ayaqüstə işləmək zərərlidir

2017-09-11 10:44:00

Kanadalı mütəxəssislər 7320 nəfərin iştirakı ilə tədqiqat apararaq, ayaqüstə və oturaq vəziyyətdə işləməyin insan orqanizminə təsirini araşdırıblar. İştirakçılar işdə həftədə, ən azı, 15 saat oturaq vəziyyətdə və ya ayaqüstə olublar, yaxud da həm oturaq, həm də ayaqüstə çalışıblar. Alimlərin aradıqları müşahidələr 12 il davam edib. Tədqiqatın başlanmasına qədər iştirakçılardan heç biri ürək xəstəliyindən əziyyət çəkməyib.

Tədqiqatçılar ayaqüstə işləyənlərin ürək xəstəliklərinə oturaq işdəkilərdən iki dəfə çox ürcah olduqlarını aşkar ediblər. Alimlər, həmçinin aydınlaşdırıblar ki, işdə həm oturaq, həm də ayaqüstə olan kişilərdə ürək xəstəlikləri sadəcə oturaq vəziyyətdə işləyən kişilərdən 39 faiz çoxdur. Qadınlarda isə həmin göstərici daha yüksək – 80 faiz həddinə çatır.

Mütəxəssislər nəticələrə təsir göstərən amilləri də nəzərə alıblar. Onların qənaətinə görə, ayaqüstə olanda qan ayaqlara doğru axır və ürəyin yükü artır. Buna görə də uzun müddət ayaqüstə qalmaq ürək xəstəlikləri riskini artırır. Həmin vəziyyət, həmçinin beldə problemlərin yaranmasına və hətta uşaqsalmaya da səbəb ola bilər. Ekspertlər tövsiyə edirlər ki, iş gününü ayaqüstə keçirənlər arada mütləq əyləşməyə də imkan tapsınlar.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293