SAĞLIQ

4 yaşlı uşaq malyariyadan öldü
05 SENTYABR
56

4 yaşlı uşaq malyariyadan öldü

2017-09-05 14:59:00

İtaliyanın şimalında 4 yaşlı uşaq malyariyadan dünyasını dəyişib. Həkimlər bu faktın regionda son 30 ilin tək yoluxma faktı olduğunu qeyd ediblər.

Məlumata görə, uşaq şənbə günü helekopterlə Breşiya şəhər xəstəxanasına yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilib, hərarəti 40 dərəcədən yüksək olub.

Həkimlərin səylərinə baxmayaraq, ötən gün uşaq dünyasını dəyişib.

Faktla bağlı araşdırma başlayıb. Belə ki, uşağın hansı şəraitdə malyariyaya yoluxma faktı öyrəniləcək. Məlum olub ki, uşağın ailəsi son aylar ölkə hüdudlarını tərk etməyib.

©Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293