SAĞLIQ

Talassemiyalı xəstələrin diş ətindən biopsiya götürüləcək
16 AVQUST
166

Talassemiyalı xəstələrin diş ətindən biopsiya götürüləcək

2017-08-16 15:30:00

Talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün diş ətindən biopsiya götürüləcək.

ATU-nun histologiya və stomatologiya kafedralarının əməkdaşları talassemiyalı xəstələrdə bədənin dəmirlə yüklənmə dərəcəsini adi gözlə görünən diş ətindən götürülmüş tikələri tədqiq etməklə də müəyyən etmək olduğunu aşkar ediblər.

Fins.az xəbər verir ki, bu haqda Azərbaycan Tibb Universitetinin (ATU) histologiya kafedrasının müdiri, professor Eldar Qasımov klinikanın mətbuat xidmətinə məlumat verib.

Talassemiya xəstəliyi haqqında məlumat verən professor bunun irsi xəstəlik olduğunu və oksigeni bədənin bütün hissələrinə çatdıran hemoqlobin zülalının sintezinin pozulması nəticəsində baş verdiyini deyib: “Belə xəstələrdə qan azlığı olduğundan onlara bəzən ilk yaşlarındən başlayaraq qan köçürürlər. Nəticədə onların bədənində ağır fəsadlara səbəb olan dəmir toplanması müşahidə olunur. Bədənin dəmirlə yüklənmə dərəcəsini müəyyən etmək üçün bütün dünyada əksərən qaraciyərdən, bəzən isə ürəkdən kiçik ölçülü tikələr (biopsiya üsulu ilə) götürülüb tədqiq olunurlar. Qaraciyərdən və ürəkdən tikələrin götürülməsi xeyli mürəkkəb proses olmaqla yanaşı, xəstələrin həyatı üçün də əlavə problemlər yarada bilir.

Beləliklə, universitetimizin histologiya və stomatologiya (müalicə-profilaktika və digər fakültələr üçün) kafedralarının əməkdaşları bədənin dəmirlə yüklənmə dərəcəsini adi gözlə görünən diş ətindən götürülmüş tikələri tədqiq etməklə də müəyyən etmək olduğunu aşkar ediblər”.

Professor onu da qeyd edib ki, bədəndə olan dəmirin artığı normada ferritin adlanan zülalın tərkibinə daxil edildiyindən, onun toksiki təsiri aradan qaldırılır: “Orqanizmdə dəmir azlığı olanda isə ferritinin tərkibində olan dəmir ionları xaric edilərək istifadə olunurlar. Ancaq dəmirin miqdarı lap çox olanda ferritin molekulları öz quruluşlarını itirərək bir-birləri ilə birləşib hemosiderinə çevrilirlər. Tam olaraq dəqiqləşdirilib ki, ferritin molekullarını ancaq elektron mikroskopunun 100000 və ondan böyük böyüdücülərində aşkar etmək mümkündür. Əldə olunmuş materiallar birmənalı olaraq, orqanizmin dəmirlə yüklənmə dərəcəsinin ancaq elektron mikroskopik tədqiqatların nəticələrinə əsasən dəqiqləşdirilə biləcəyini göstərir”.

©  Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293