SAĞLIQ

İran Azərbaycanla sərhəd zonasında xəstəxanalar tikir
09 AVQUST
296

İran Azərbaycanla sərhəd zonasında xəstəxanalar tikir

2017-08-09 15:54:00

İranın Sosial Təminat Təşkilatının sağlamlıq turizmi ilə bağlı master-planın təqdimat mərasimi keçirilib.

Master-planın  təqdimatı ilə yanaşı qonşu ölkələrdən xəstələrin qəbulu və onların yerləşdirilməsi layihəsinə start verilib. 

Mərasimdə  müxtəlif ölkələrdən, o cümlədən Azərbaycanın özəl şirkətlərini təmsil edən şəxslər iştirak edib. Master-plan çərçivəsində 17 xəstəxana və 200 həkim qonşu ölkələrdən, o cümlədən Azərbaycan və İraqdan gələn xəstələri qəbul edəcək və onlara xidmət göstərəcək.

İranın kooperasiya, əmək və sosial təminat naziri Əli Rəbii  açıqlamasında bildirib ki, İranda Azərbaycandan gələn xəstələrin müalicəsi üçün geniş potensial mövcuddur: “Ümid edirik ki, turizm sahəsində Azərbaycanla əlaqələrimiz daha da inkişaf edəcək”

Ə.Rəbii bildirib ki, İran tərəfinin Azərbaycanda inşa etdiyi dərman istehsalı zavodu tezliklə istifadəyə veriləcək.

Sosial Təminat Təşkilatının baş direktoru Tağı Nurbəxş isə bildirib ki, tezliklə Azərbaycanla sərhəd zonasında, o cümlədən Parsabad, Təbriz, Urmiya və Xoy şəhərlərində xəstəxanalar fəaliyyətə başlayacaq. Onun sözlərinə görə, sözügedən xəstəxanalarda  Azərbaycandan gələn xəstələr müalicə oluna biləcək.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0075
  • ₽ RUB
    0.0288