SAĞLIQ

Ürək müayinəsi – PULSUZ OLACAQ
09 YANVAR
1149

Ürək müayinəsi – PULSUZ OLACAQ

2017-01-09 17:14:00

Yanvarın 17-dən etibarən Respublika Müalicəvi Diaqnostika Mərkəzində pulsuz kardioloji müayinələrə başlanılacaq.

Mərkəzdən bildiriblər ki, pulsuz müayinələr həftənin çərşənbə axşamı və cümə günləri saat 17.00-dan 19.00-a kimi həkim-kardioloq və ürək-damar cərrahları Rauf Səmədov, Natiq Mirzəyev və Pərviz Məmmədov tərəfindən keçiriləcək. Bu müayinədən keçənlər üçün laborator analizlərə 20 faiz endirim olacaq.

Müayinədə iştirak etmək üçün həftənin şənbə günü saat 10.00-dan 15.00-a kimi 012-530-90-29 (daxili nömrə: 123) nömrəsinə zəng edib qəbula yazılmaq kifayətdir.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7202
  • € EUR
    1.8529
  • ₽ RUB
    0.0298