SAĞLIQ

Ən bahalı əməliyyat neçəyə olacaq? – QİYMƏTLƏR
30 DEKABR 2016
1073

Ən bahalı əməliyyat neçəyə olacaq? – QİYMƏTLƏR

2016-12-30 12:46:00

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin fərmanı ilə icbari tibbi sığorta sisteminin işə düşməsi ilə bağlı sənədlər də təsdiqlənib. Onlardan ən əsası göstəriləcək tibbi xidmətlərin və əməliyyatların qiymətləridir.

Fins.az xəbər verir ki, siyahıda həyati vacib olan, ancaq  dəyəri baha başa gələn əməliyyatlar da yer alıb. Onların sırasında anadangəlmə ürək qüsurları,  dammar köçürülməsi, neyrocərrahiyyəyə aid olan  əməliyyatlar, eləcə də sınıq trav malarının bərpası və digərləri daxildir.

Siyahıda yer alan ən bahalı əməliyyat pnevmonektomiya və böyük damar cərrahiyyəsidir. 3 gün reanimasiyada, 10 gün stasionarda yatmaq da daxil olmaqla  əməliyyatın qiyməti  9 600 manatdır.

İkinici ən bahalı əməliyyat isə anevrizmadır. Çoxsaylı anevrizma (ayrı kəsik) əməliyyatı 8 000 manata başa gələcək. Xidmətə ümumi anesteziya, 4 gün reanimasiyada, 7 gün stasionarda yatış daxildir. Tibb sərf qiymətə daxil deyil.

Siyahıda nisbətən ucuz əməliyyatlar da yer alıb. Sənədə əsasən,  bronxoskopiya, diaqnostik (fleksibl -rigid), bronxial lavaj ilə birlikdə  əməliyyatı cəmi 100 manata başa gələcək.

Bahalı əməliyyatların tam siyahısı ilə buradan tanış ola bilərsiz. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7023
  • € EUR
    1.9047
  • ₽ RUB
    0.0300