SAĞLIQ

Fizioterapiya qiymətləri ucuzlaşacaq – 2-9 MANAT
29 DEKABR 2016
580

Fizioterapiya qiymətləri ucuzlaşacaq – 2-9 MANAT

2016-12-29 16:49:00

İcbari tibbi sığorta sistemində vətəndaşların alacağı əsas xidmətlərin sırasına fizioterapiya da daxildir. Fins.az xəbər verir ki, baza zərfinə daxil edilən həmin xidmətlərin qiymətləri açıqlanıb.

Siyahıda yer alan xidmətlərin qiymətləri 2 manatdan başlayır. Bu qiymətə 20 dəqiqə müddətində qalvanizasiya prosedurunu qəbul edə bilərsiz. Maqnit terapiyası isə cəmi 3 manat olacaq.

Xüsusilə körpə uşaqlarda sümük əyriliklərinin düzəldilməsi ndə istifadə edilən  üçün parafinin bir seansının qiyməti 3,5 manat, fonofarezin isə 4 manatdır. İnqalyasiya üçün 3,5 manat, buğla müalicə (inhalyasiya) isə 5 manat olacaq. 

Siyahıda ən bahalı fizioterapiya üsulu masajdır. Kiçik sahənin masajı 4 manata, orta sahəninki 6 manata, bədənin böyük hissəsinin masajı isə 9 manata başa gələcək.

Xatırladaq ki, bu qiymətlər hələlik ancaq Yevlax və Mingəçevirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan tibb müəssisələrində tətbiq ediləcək. Sistem ölkə boyu işə düşdükdən sonra həmin qiymətlər bütün dövlət tibb müəssisələrində keçərli olacaq.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7475
  • € EUR
    1.8466
  • ₽ RUB
    0.0301