SAĞLIQ

Xəstəxanalarda əməliyyat qiymətləri məlum oldu – 40 MANATDAN BAŞLAYIR
29 DEKABR 2016
1904

Xəstəxanalarda əməliyyat qiymətləri məlum oldu – 40 MANATDAN BAŞLAYIR

2016-12-29 16:12:00

İcbari tibbi sığorta sistemi işə düşdükdən sonra bütün səhiyyə xidmətləri üçün vahid tariflər tətbiq ediləcək. Hələlik isə Prezident İlham Əliyevin fərmanı ilə təsdiq edilən bu qiymətlər ancaq Yevlax və Mingəçevirdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyində olan tibb müəssisələrində tətbiq ediləcək.

Fins.az-ın araşdırması göstərdi ki, rəsmi təsdiq edilən əməliyyat qiymətləri o qədər də ucuz deyil. Məsələn, daha geniş yayılan normal doğuş üçün 3 gün xəstəxanada qalmaq şərti ilə 300 manat ödəniləcək. Çoxdöllü hamiməliklərdə isə bu qiymət 400 manat olacaq.

Keysəriyyə  əməliyyatları təkdöllü hamiməliklərdə 400 manat, çoxdöllü hamiləlikdə isə 500  manat olacaq. Süni abort üçün   50 manat ödəniləcək.

Siyahıda nisbətən bahalı əməliyyatlar da var. Mədə qanaxması əməliyyatı 2 100 manat olacaq. Xidmətə anesteziya, 1 gün reanimasiyada, 6 gün isə stasionarda yatmaq daxildir.

Qaraciyərdə abses əməliyyatı 980 manata başa gələcək. Xidmətə anesteziya və 3 gün stasionarda qalmaq daxildir.

Qeyd edək ki, bir çox əməliyyatlarda tibbi vasitələr həmin qiymətə daxil deyil. Xəstəxanalardakı əməliyyat qiymətlərinin tam siyahısını təqdim edirik. 

Linkdəki siyahıda 28-74-cü səhifələrdə əməliyyat qiymətləri yer alıb.
 
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+1°C
  • $ USD
    1.7447
  • € EUR
    1.8399
  • ₽ RUB
    0.0304