SAĞLIQ

Yeni rentgen xərçəngin müalicəsinə kömək edəcək
19 DEKABR 2016
265

Yeni rentgen xərçəngin müalicəsinə kömək edəcək

2016-12-19 10:44:00

Alimlər müxtəlif sahələrdə, o cümlədən müdafiə və səhiyyədə istifadəyə hazır olan yeni rentgenoqrafiya metodu hazırlayıblar. 
London Universitet Kollecinin rəhbərlik etdiyi tədqiqat Mühəndislik və Fiziki Elmi Tədqiqatlar Şurası tərəfindən maliyyələşdirilib. Beş il ərzində alimlər rentgenoqrafiyada irəliləyişə nail olublar.
Standart metodika ilə müqayisədə yeni texnologiya, məsələn, canlı toxumalarda şişləri daha tez aşkarlaya bilir. Yeni rentgen tipi, həmçinin materiallarda kiçik zədə və çatları müəyyənləşdirir. Texnologiya müxtəlif forma və materiyaları bir-birindən ayırır. Standart rentgen bunu yalnız yüksək radiasiya dozalarından istifadə etməklə həyata keçirir. 
Metodikanın əsasını kontrastlı rentgenoqrafiya təşkil edir. O, radiasiyanın toxuma və ya materialla udulması əvəzinə, nümunələrə fiziki təsiri rentgen ilə eyni sürətdə müəyyənləşdirir.   
“Texnologiya onilliklər boyunca mövcud olub. Lakin ondan istifadə sahəsi Oksfordşir qraflığındakı “Diamond Light Source” kimi böyük sinxrotron qurğularla məhdudlaşdırılıb. İndi isə biz texnologiyanı tibb, müdafiə və istehsal sənayesi, elm, dağıdıcı olmayan sınaqlar, arxeologiya və digər sahələrdə tətbiq edə bilərik”, - tədqiqat qrupunun rəhbəri Alessandro Olivo bildirib.
Mütəxəssislər artıq yeni rentgenin potensialını öyrənməyə başlayıblar. Belə ki, “Nikon Metrology UK” şirkəti metodikanı yoxlama skaneri prototipinə tətbiq edib. Qurğunun baqajda silah və partlayıcı maddələrin aşkarlanmasının effektivliyini artıracağı gözlənilir.   
Digər qrup metodikadan döş xərçənginin aşkarlanması üçün aparatın yaradılmasında istifadə edib. Qrupun məqsədi cərrahlara bədxassəli şişin dəqiq dərəcəsini müəyyənləşdirməkdə yardımçı olmaq və xəstələr üçün təkrar əməliyyatları aradan qaldırmaq olub.

Mənbə: ICTnews

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8559
  • € EUR
    1.9957
  • ₽ RUB
    0.0312