SAĞLIQ

Əməliyyatda keçinən əcnəbinin – ÖLÜM SƏBƏBİ AÇIQLANDI
13 DEKABR 2016
629

Əməliyyatda keçinən əcnəbinin – ÖLÜM SƏBƏBİ AÇIQLANDI

2016-12-13 14:55:00

Bir müddət öncə “Baku Medical Plaza” xəstəxanasında ölümlə nəticələnən əməliyyat haqqında məlumat vermişdik. Fins.az əməliyyatı həyata keçirən cərrah Özgür Kocamazla əməliyyatın təfərrüatları barədə bəzi məqamları öyrənə bilib.

Eləcə də bax: Klinikada əcnəbi vətəndaş əməliyyat zamanı öldü

Türkiyə vətəndaşı Özgür Kocamaz İraq vətəndaşı Malik əl Abbadın əməliyyat olunması üçün ölkəmizdə yerləşən “Baku Medical Plaza”ya gəldiyini bildirdi. Həkim 1990-cı il təvəllüdlü Malikin ürək çatışmamazlığından əziyyət çəkdiyini bildirdi. İraq vətəndaşı 8 dekabrda xəstəxanaya yerləşdirilib. Elə həmin gün də İraq vətəndaşı həkim Özgür Kocamaz tərəfindən əməliyyat olunub. 12 saat çəkən əməliyyatdan sonra xəstə reanimasiyada dünyasını dəyişib. Qeyd edək ki, əməliyyat “Baku Medical Plaza”nın 28 May Rəşid Behbudov küçəsində yerləşən əsas filialında həyata keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.8045
  • € EUR
    1.9201
  • ₽ RUB
    0.0302