SAĞLIQ

Bu xəstəxanalar özəlləşdiriləcək – SİYAHI
01 DEKABR
709

Bu xəstəxanalar özəlləşdiriləcək – SİYAHI

2016-12-01 14:11:00

Azərbaycanda dövlət səhiyyə müəssisəsinin özəlləşdirilməsi nəzərdə tutulub.

Bu barədə jurnalistlərə açıqlamasında səhiyyə nazirinin müavini Elsevər Ağayev bildirib.

Onun sözlərinə görə, bunlar əsasən təsərrüfat hesablı müəssisələrdir:

"11 müəssisə artıq müvafiq siyahıya daxil edilib. Bunların da özəlləşdirilməsi labüddür. Ancaq gələcəkdə özəlləşdiriləcək müəssisələrin profilinin müəyyən müddətə dəyişdirilməməsi də gündəmdə olan məsələlərdəndir".

Nazir müavini bildirib ki, özəlləşdiriləcək səhiyyə müəssisələri sırasında Mərkəzi Neftçilər Xəstəxanası, Dənizçilər Xəstəxanası və Dəmiryolu Xəstəxanası da var.

Qeyd edək ki, nazir müavini 11 səhiyyə müəssisəsinin özəlləşəcəyini desə də, fins.az siyahıda 18 müəssisənin olduğunu üzə çıxardı. Onların siyahısını təqdim edirik.

1.Mərkəzi Dənizçilər Xəstəxanası

2. Mərkəzi Dənizçilər Xəstəxanasının Uşaq Poliklinikası

3. Bakı Dəmiryol Xəstəxanası

4. Əncirli Uşaq Dəmiryol Xəstəxanası

5. Mərkəzi Dəmiryol Xəstəxanası

6. 1 saylı Bakı Dəmiryol Poliklinikası

7. Kürdəmir Dəmiryol Ambulatoriyası

8. 2 saylı Bakı Dəmiryol Poliklinikası

9. Lənkəran Dəmiryol Ambulatoriyası

10. Ucar Dəmiryol Ambulatoriyası

11. Xaçmaz Dəmiryol Ambulatoriyası

12. Yevlax Dəmiryol Ambulatoriyası

13. Gəncə Dəmiryol Xəstəxanası

14. Haçıqabul Dəmiryol Xəstəxanası

15. İmişli Dəmiryol Xəstəanası

16. Ələt Dəmiryol Xəstəxanası

17. Salyan Dəmiryol Xəstəxanası

18. "Dalğa" Elmi-İstehsalat Müəssisəsinin uşaq poliklinikası

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274