SAĞLIQ

Antibiotiklərdən 10 milyon nəfər öləcək
29 NOYABR
648

Antibiotiklərdən 10 milyon nəfər öləcək

2016-11-29 21:30:00

Araşdırmalar göstərir ki, 2050-ci ilə qədər antibiotik müqavimətindən qaynaqlanacaq xəstəliklərdən 10 milyon ölüm baş verəcək

Strategiya.az bildirir ki, Dünya Səhiyyə Təşkilatı (ÜST), Amerika Dərman Dairəsi (FDA) və bir çox ölkənin səhiyyə nüfuzu tərəfindən dövrün problemi olaraq göstərilən "antibiotik müqaviməti", insan sağlamlığını təhdid edir. Heyvan sağlamlığı xidmətlərində, insanlardan iki qat çox istifadə edilən antibiotiklərin ət, süd və digər məhsullarla insana keçid etdiyini izah edən Ankara Universiteti Baytar Fakültəsi müəllim Prof. Dr. Ender Yarsan, "İnsanlarda olduğu kimi heyvanlarda da antibiotiklərin reseptsiz satılmaması lazımdır. Araşdırmalar göstərir ki,  2050-ci ilə qədər antibiotik müqavimətindən qaynaqlanacaq xəstəliklərdən 10 milyon ölüm yaşanacaq" deyə danışıb. Habertürkün xəbərinə görə, dünya ölkələrinin antibiotik müqaviməti ilə əlaqədar mübarizənin yollarını axtardığını qeyd edən Prof. Dr. Yarsan, "Artıq dərmanlar təsirsiz qalır.

Çox sadə bir soyuqdəymə belə artıq müalicə edilə bilinməyəcək və ölümlərə yol açacaq",- deyib. Avrupa Birliyi ölkələrində hər il ən az 25 min insanın antibiotik müqaviməti nəticəsində inkişaf edən xəstəliklərdən öldüyünü yazan Yarsan, "Türkiyə, Avropada antibiotik istifadəsində birinci sıradadı. Antibiotikin heyvan sağlığında istifadəsinə baxsaq, insanlarda istifadəsinin az qala iki qatı çoxdu.

Biz, dərmanı heyvanlarda infeksiyası önləmək və məhsuldarlığı artırmaq üçün istifadə edirik. Bu vəziyyətdə bakteriya müqavimət qazanmışsa ət, süd və digər məhsullarla bu müqavimətli mikroorqanizmlərin insana keçir. ABŞ, toyuqlarda istifadə edilən və insana keçə bilən bir antibiotiki qadağan edib. Apteklər artıq insanlara reseptsiz antibiotik verə bilmir. Baytar həkimliklərdə də bu qərar alınmalı və tətbiq olunmalı",- deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272