SAĞLIQ

Apteklərdə dərman qıtlığı varmı? – ARAŞDIRMA
24 NOYABR
106

Apteklərdə dərman qıtlığı varmı? – ARAŞDIRMA

2016-11-24 17:36:00

"Dərman qıtlığı deyilən bir şey yoxdur. Azərbaycana əvvəllər daxil olunan dərman preparatları indi daxil olmursa, bu demək deyil ki, dərman çatışmazlığı var. Sadəcə olaraq, devalvasiya nəticəsində ərzaq və geyim məhsullarında, məişət texnikasında və digər məhsullarda olan problemlər dərmanların idxalında da öz əksini tapır. Əsas məsələ isə budur ki, dərman bazarında molekul problemi (eyni tərkibli dərman) yoxdur. Ən böyük problem odur ki, eyni tərkibli dərman qıtlığı olmasın. Yəni həkimlər dövlət tərəfindən verilmiş tapşırığa əsasən dərman tərkibinə görə xəstələrə dərman yazmalıdırlar. Heç kəs deyə bilməz ki, Azərbaycanda hər hansı molekul yoxdur və ya tapmaq mümkün deyil.

Elə bir eyni tərkibli dərman yoxdur ki, Tarif Şurası ona qiymət qoymasın və bu apteklərdə olmasın. Şirkətlərin hər hansı bir problemi olarsa, maliyyə nöqteyi-nəzərdən idxal edə bilməzlərsə, dərman şəbəkəsinin təchizatında problem yaşanmayacaq. Məsələn, bir şəkər xəstəsinə əvvəllər bir dərman preparatı istifadə edilirdi, indi başqa bir dərman istifadə edilirsə, bu demək deyil ki, həmin preparat bazarda yoxdur. Tarif Şurası 9850-yə yaxın müxtəlif dərmanları qiymətləndirib, bu çox böyük göstəricidir".

Məsələ ilə bağlı tibb elmləri doktoru, professor Adil Qeybulla Qaynarinfo.Az-a açıqlamasında bildirdi ki, həqiqətən dərman qıtlığı var və eyni tərkibli dərmanların təsiri aşağıdır:

"Həqiqətən də dərman qıtlığı var. Bir çox dərmanlar isə yoxa çıxıb. Məsələn, “Pirogenal” dərmanını maraqlanın, hansı aptekdə var. Dərman qıtlığı şəraitində oxşar tərkibli dərmanlardan istifadə edilir. Ancaq yoxa çıxan dərmanların təsirini verəcək dərmanlar yoxdur. Ona görə də, çətinlik çəkirik. Və mən düşünürəm ki, vəziyyət daha da çətin olacaq".  

Nəticə olaraq bu qənaətə gəldik ki, hazırda dərman qıtlığı var və mövcud durumdan çıxmaq üçün həkimlər eyni tərkibli dərmanlardan istifadə edirlər. Eyni tərkibli dərmanların sayının azalması həm həkimlər üçün, həm dəxəstələr üçün ciddi problemdir. Ehtimal edirik ki, dərman qıtlığı zamanı tələb edilən eyni tərkibli dərmanların növləri azalarsa, bu qiymətlərin artımına səbəb ola bilər.

Mənbə: Qaynarinfo

 

 

 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270