SAĞLIQ

Dərmanlara yeni nəzarət sistemi yaradılır – FARMAKONƏZARƏT
03 NOYABR
283

Dərmanlara yeni nəzarət sistemi yaradılır – FARMAKONƏZARƏT

2016-11-03 10:35:00

Azərbaycanda milli farmakonəzarət sisteminin qurulması işlərinə başlanılıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, məlumat bazalarının və müvafiq farmakonəzarət proqramlarının yaradılmasına başlanılıb, müvəqqəti farmakonəzarət təlimatı təsdiqlənib.

Məlumatda bildirilir ki, hazırda farmakonəzarət üzrə milli qanunvericiliyimizin hazırlanması və Avropa Birliyinin dərman vasitələri ilə əlaqəli 2010/84/EC direktivinə uyğun əsaslandırılması prosesi tamamlanmaq üzrədir. Bu sahədə milli qaydaların hazırlanması, GVP modullarının və və MedDra terminologiyasının tərcüməsi işlərinə başlanılıb.

Bir çox ölkələrin farmakonəzarət üzrə səlahiyyətli təşkilatları ilə əlaqələr qurulub. Hazırda bu sahədə Azərbaycan bir çox nüfuzlu qurum və təşkilatlarla beynəlxalq əməkdaşlıq edir.

Mənbə:Trend-ə

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275