SAĞLIQ

Azərbaycanda doping əleyhinə yeni qurum yaradılır
24 OKTYABR
154

Azərbaycanda doping əleyhinə yeni qurum yaradılır

2016-10-24 14:30:00

Azərbaycan Milli Məclisinin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Fins.az-ın verdiyi məlumata əsasən, hazırlanan “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə” haqqında yeni qanun layihəsi 8 fəsil, 42 maddədən ibarətdir və əsasən, Milli Antidopinq Agentliyinin (NADA) təsis edilməsi nəzərdə tutulur.

Gənclər və idman naziri Azad Rəhimov isə bildirib ki, hazırda nazirliyin tərkibində Antidopinq Komissiyası fəaliyyət göstərsə də, o beynəlxalq antidopinq təşkilatları tərəfindən tanınmır: “Ancaq yaranacaq yeni qurum beynəlxalq idman təşkilatları və antidopinq qurumları tərəfindən tanınacaq və onlarla bu sahədə sıx əməkdaşlıq ediləcək”.

Qanun layihəsinin qəbul olunması idmandakı bir sıra siyasi və ictimai narahatlığa son qoyacaq. Layihə birinci oxunuşda plenar iclasa təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272