SAĞLIQ

Ülviyyə Müzəffərovaya dəstək olaq – YARDIM KAMPANİYASI
20 OKTYABR
1696

Ülviyyə Müzəffərovaya dəstək olaq – YARDIM KAMPANİYASI

2016-10-20 16:03:00

Bakı sakini 26 yaşlı Ülviyyə Müzəffərovaya kömək lazımdır. O, atasını uşaq ikən itirib. Anası isə böyük əziyyətlə ailəni dolandırmağa çalışır. Ülviyyəyə 2014-cü ilin may ayından kəskin limfoblast leykoz l-1 diaqnozu qoyulub. Bir ay müalicə olunandan sonra xəstə tam kliniki remissiyaya düşüb. Amma xəstəliyə əsasən müalicə davam etməliydi. 2016-cı ilin iyun ayında müalicə tam bitmişdi. Lakin 2016-cı ilin oktyabr ayında təkrar yoxlanış analizi verərkən xəstəliyin qayıdışı müşahidə olundu.

Xəstəliyin müalicəsi üçün xeyli miqdarda pul tələb olunur. Türkiyədə ilkin müayinəyə 10 min dollar, ilkin iki illik müalicə üçün 70-80 min dollar tələb olunur. «Vaxt azdır, xəstəlik sürətlə inkişaf edir. Ülviyyənin arzuları çoxdur, onun arzularının yarımçıq qalmağına biganə olmayaq. Hər kəsdən xahiş edirik ki, maddi və mənəvi dəstəyinizi bu gənc xanımdan əsirgəməyəsiniz»-deyə yaxınları kömək üçün müraciət edirlər. 

Ü.Müzəffərovaya kömək üçün ödəmə terminallarından - Bank Respublika- Seriya AZE 05755133 HESAB AZN- 380194401153504401 hesabına pul köçürmək və ya xəstənin anası Müzəffərova Hicran Nəbi qızı ilə əlaqə saxlamaq olar: 050 415 71 32

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275