SAĞLIQ

Azərbaycanlılar Türkiyədə pulsuz müalicə alacaqlar – HÖKUMƏTLƏR RAZILAŞDI
14 OKTYABR
696

Azərbaycanlılar Türkiyədə pulsuz müalicə alacaqlar – HÖKUMƏTLƏR RAZILAŞDI

2016-10-14 16:53:00

Türkiyənin Nazirlər Kabineti Azərbaycanla səhiyyə və tibb sahəsində əməkdaşlığa dair razılaşmanı ratifikasiya edib. Fins.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu ilin aprelində Bakıda imzalanan razılaşma çərçivəsində tərəflər orqan transplantasiyası sahəsində təcrübə mübadiləsi aparacaq, tibb sahəsində birgə layihələri inkişaf etdirəcəklər. Sənəddə eyni zamanda pasiyentlərin pulsuz müalicə edilməsi nəzərdə tutulur.

Belə ki, hər il 20 azərbaycanlı Türkiyədə, bir o qədər də türk vətəndaş Azərbaycanda müalicə olunacaq. Tərəflər öz səhiyyə sistemini optimallaşdırmaq barədə də razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272