SAĞLIQ

Dişlərin müalicəsi üçün yeni üsul tapılıb
12 OKTYABR
393

Dişlərin müalicəsi üçün yeni üsul tapılıb

2016-10-12 12:05:00

Londonun “Queen Mary” Universitetinin alimləri inqilabi bir kəşf ediblər, çünki diş plomblar üçün yeni material diş həkimi peşəsinin cəlediciliyini itirə bilər. Fins.az-ın xarici KİV-lərə istinadən verdiyi məlumata əsasən, kəşfin üstünlükləri aşağıdakılardır:

Plomba yalnız diş boşluğunu doldurmaqla kifayətlənmir, hətta dişin özünü də müalicə edir. Professor Robert Xillin (Robert Hill) dediklərinə görə, innovativ tərkib şüşə əsasında olan bioaktiv kompozit materialdan hazırlanıb. Plomba diş boşluğuna yerildikdən sonra diş toxumasını formallaşdıran minerallar azad olmağa başlayır: ftor, kalsium və fosfor birləşməsi. Bunun nəticəsində diş toxumaları yenidən bərpa olunur.

Köhnə plomblarla müqayisədə, yeni material plombayla diş arasında kiçicik belə boşluq saxlamır və bu plombanın altında bakteriyaların çoxalmasını qeyri-mümkün edir.

Alimlər iddia edirlər ki, belə plombu ömürlük qoymaq olar. O, müasir plomblar kimi zamanla köhnəlməyəcək və əlbəttə ki, düşməyəcək.

“Bu material stomotoloji praktikanı tamamilə dəyişəcək. Yeni plombların yaxın üç il ərzində bazara çıxarılması gözlənilir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272