SAĞLIQ

Səhiyyə Nazirliyi dərman şirkətlərini yoxlayır
07 OKTYABR
230

Səhiyyə Nazirliyi dərman şirkətlərini yoxlayır

2016-10-07 17:20:00

Səhiyyə Nazirliyi son dörd ay ərzində müxtəlif ölkələrin dərman istehsalı ilə məşğul olan 8 şirkətinin Etibarlı İstehsalat Praktikasının (GMP) tələblərinə uyğununu yoxlayıb. Nazirliyin mətbuat xidmətindən fins.az-a verilən xəbərə görə, ardıcıl olaraq digər şirkətlər də bu yoxlamadan keçiriləcək. "Dərman vasitəsi istehsalçılarının yoxlanılması müasir dövrdə dünyada çox geniş tətbiq edilən təcrübədir. Respublikaya idxal olunan dərman vasitələrinin daim yüksək keyfiyyətə, təhlükəsizliyə və effektivliyə malik olmasını təmin etmək üçün bəzi hallarda istehsalçı şirkətlərin təftişinə ehtiyac yaranır. Məhz GMP yoxlamalar istehsalçının istehsalat prosesini hansı səviyyədə təşkil və tətbiq etdiyi, eləcə də ümumilikdə istehsalçının potensialını aşkar etməyə imkan verir". Eyni zamanda sözügedən yoxlamaları həyata keçirən mütəxəssislərin peşəkarlıq səviyyəsi daha da artırılıb. Bu sahəyə yeni kadrlar cəlb olunub.

Xatırladaq ki, GMP sahəsində bir sıra beynəlxalq (Ümumdünya Səhiyyə Təşkilatı- WHO GMP), regional ( Avropa Birliyi – EU GMP, Cənub –Şərqi Asiya Ölkələri Birliyi- ASEAN GMP və s.) və milli tələblər mövcuddur. Bu sahədə milli tələblərin işlənilməsinə başlanıb .

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272