SAĞLIQ

Neçə həkim sertifikat alıb? – STATİSTİKA
30 SENTYABR
178

Neçə həkim sertifikat alıb? – STATİSTİKA

2016-09-30 17:23:00

2016-cı il sentyabrın 22-dək 22 614 ali və 32 272 orta tibb işçisinə Sertifikasiya Şəhadətnaməsi verilib. Səhiyyə Nazirliyindən verilən xəbərə görə, indiyədək 26 860 həkimə və 38 000 orta tibb işçisinə imtahana buraxılış vərəqəsi verilib.

İmtahanlardan keçə bilməyən və yaxud müxtəlif səbəblərdən imtahana gəlməyənlər sertifikasiya prosesində iştirak edən ali tibb təhsilli mütəxəssislərin, təxminən 15-18%-ni, orta tibb işçilərinin isə 15%-ni təşkil edir.

SN-dən bildiriblər ki, Nazirliyin tabeliyindəki səhiyyə müəssiələrində çalışan tibb mütəxəssisləri ilə yanaşı özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssisləri, eləcə də digər nazirliklərin tabeliyində olan səhiyyə müəssisələrində işləyən tibb mütəxəssisləri də sertifikasiyadan keçirlər. Elmi tədqiqat institutlarında çalışan və yalnız elmi işlə məşğul olan mütəxəssislər bu prosesdən azaddır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272