SAĞLIQ

Bloomberg azərbaycanlıların səhiyyə xərclərini hesablayıb – REYTİNQ
29 SENTYABR
217

Bloomberg azərbaycanlıların səhiyyə xərclərini hesablayıb – REYTİNQ

2016-09-29 15:35:00

Azərbaycanın səhiyyə sistemi Bloomberg-in tərtib etdiyi effektivlik reytiqində yer alıb. Fins.az-ın verdiyi məlumata əsasən, reytinqin tərtib edilməsi zamanı ölkədə insanların rta yaşam müddəti və sağlamlıq xərcləri hesablanıb.

55 ölkədən ibarət olan reytinqdə Azərbaycan 53-cü yeri tutub. Agentliyin məlumatına görə, Azərbaycanda həyat müddəti 70-76 yaş təşkil edir. Qeyd edək ki, uzunömürlülük müddəti 70 yaşından az olan ölkələr reytinqə daxil edilməyiblər. Azərbaycanda dövlət səhiyyə xərcləri ÜDM-nin 6,04%-ni təşkil edir, adambaşına düşən tibbi xidmətlərin dəyəri isə 471 dollardır. TOP-55 ölkələrinin siyahısında sonuncu yerləri Braziliya və Rusiya bölüşür. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275