SAĞLIQ

Bakı Sağlamlıq Mərkəzində yeni əməliyyatlar ola bilər
28 SENTYABR
209

Bakı Sağlamlıq Mərkəzində yeni əməliyyatlar ola bilər

2016-09-28 14:53:00

Bakı Sağlamlıq Mərkəzində sümük iliyinin köçürülməsi əməliyyatının həyata keçirilməsi mümkün ola bilər. Bu barədə respublikanın baş cərrahı Hacıqulu Bağırov fins.az-ın sorğusuna cavab olaraq məlumat verib.

Onun sözlərinə görə, döş qəfəsi travması ilə müraciət edən xəstələrin də Mərkəzdə əməliyyat edilməsi məqsədəuyğun hesab olunur: “Biz əməliyyatları dünyada qəbul edilən qaydalarla icra edirik. Məsələn, öd kisəsində eyni vaxtda iki problem olarsa öncə endoskopik yolla daş çıxarılır, sonra öd kisəsi xaric olunur. Bu yanaşma bütün dünyada belədir. Artıq biz deyə bilmərik ki, hansısa ölkənin səhiyyə sistemindən geridə qalırıq”.

Baş cərrah gələcəkdə Bakı Sağlamlıq Mərkəzində neyrocərrahiyyə, urologiya əməliyyatlarının həyata keçirilməsini istəyir. “Bununla cərrahiyyənin bütün sahələrini bir mərkəzdə toplamaq və inkişaf etdirmək olar. Cavan həkimlər vaxtaşırı xarici ölkələrdə olurlar və təcrübə mübadiləsindədirlər. Bu gün bizim cərrahların müalicə edə bilmədiyi patalogiya yoxdur”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272