SAĞLIQ

Qeysəriyyə əməliyyatları azalıb – AÇIQLAMA
28 SENTYABR
165

Qeysəriyyə əməliyyatları azalıb – AÇIQLAMA

2016-09-28 14:12:00

Azərbaycanda cərrahiyyə əməliyyatı ilə olan uşaqlarda nevroloji patologiyalar artıb. Bu baradə fins.az-ın sorğusuna cavab olaraq Bakı Sağlamlıq Mərkəzinin direktor müavini Cəmilə Ağaza¬də məlumat verib. Bildirib ki, son illər ölkədə qeysəriyyə əməliyyatlarının sayı azalıb: “Təkcə Azərbaycanda yox, bütün dünya ölkələrində də qeysəriyyə kəsiklərinə mübarizə tədbirləri görülür. Bizdə də antonantal qulluğun normal aparılması qeysəriyyə kəsiyi ilə uşaq dünyaya gətirilməsinin azalması ilə nəticələnib. C .Ağazadə qeyd edib ki, Bakı Sağlamlıq Mərkəzində ana və uşaq sağlamlığı daim diqqət mərkəzində saxlanılır. “Mərkəzimizdə ana və uşaq ölümü 0%-dir. Ağır patalogiyası olan xəstələr də tam sağlam şəkildə evə yazılıb". BSM-nin yenidoğulmuşlar şöbəsinin müdiri Əzim Nağdəliyev isə qeyd edib ki, azçəkili uşaqların sonrakı inkişafında geriqalmalar olur: “Ancaq onların əlilliyi olan şəxslər olacağını demək olmaz. Həmin uşaqlar sonrakl inkiaf mərhələlərində irəliləyirlər. Hətta 800-900 qram uşaqların da inkişafına nail olmuşuq. Sonradan isə poliklinikalarda onlar nəzarətə götürülür”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275