SAĞLIQ

Baş cərrah ölümlə nəticələnən əməliyyatlardan danışdı
28 SENTYABR
183

Baş cərrah ölümlə nəticələnən əməliyyatlardan danışdı

2016-09-28 12:23:00

Azərbaycanda icra olunan 180 min cərrahiyyə əməliyyatının yalnız 0,2%-i ölümlə nəticələnir. Bakı Sağlamlıq Mərkəzinin direktor müavini, respublikanın baş cərrahı Hacıqulu Bağırov bildirib ki, bu, inkişaf etmiş Avropa ölkələri ilə eyni göstəricidir: “Təbii ki, bu sahədə heç bir problemin olmadığı deyə bilmərik. Ağır xəstələr müalicə olunursa, burada müəyyən problemlər ortaya çıxa bilər. Amma bunların da qarşısı alınır və öz həllini tapır. Bu gün də ölkədə bütün növ cərrahi əməliyyatlar icra olunur. Bu da əməliyyatların da bir çoxu Bakı Sağlamlıq Mərkəzində həyata keçirilir".

Baş cərrah qeyd edib ki, Bakı Sağlamlıq Mərkəzi laporaskopiya əməliyyatlarının geniş çeşiddə həyata keçirildiyi mərkəz hesab edilir.

Onun sözlərinə görə, bu gün elə bir patologiya yoxdur ki, onun cərrahlar tərəfindən aradan qaldırılması mümkün olmasın.

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272