SAĞLIQ

Qubada şimal regionunun ən böyük xəstəxanası inşa olunur
27 SENTYABR
261

Qubada şimal regionunun ən böyük xəstəxanası inşa olunur

2016-09-27 11:56:00

Qubada şimal regionunun ən böyük tibb müəssisəsi inşa olunur.

Tikintisi davam etdirilən Quba Rayon Mərkəzi Xəstəxanası ümumilikdə 4 korpusdan və yardımçı binalardan ibarət olacaq. 220 çarpayılıq tibb müəssisəsinin tikinti sahəsi 6 min 880 kvadratmetrdir. Hazırda beşmərtəbəli xəstəxana binasının 4-cü mərtəbəsinin tikintisi aparılır.

Xəstəxanada əsas korpusla yanaşı, yoluxucu xəstəliklər, patoloji anatomiya, mətbəx-camaşırxana, qazanxana korpusları, eləcə də oksigen, su nasos stansiyaları, elektrik yarımstansiyası, texniki xidmət binası və avtomobil dayanacaqları fəaliyyət göstərəcək. Bununla yanaşı, layihəyə əsasən xəstəxananın damında helikopterin enməsi üçün xüsusi meydançanın qurulması da nəzərdə tutulub. İstilik, havalandırma, siqnalizasiya sistemləri ilə təmin olunacaq xəstəxanada ən müasir tibbi avadanlıqlar quraşdırılacaq.

Quba Rayon Mərkəzi Xəstəxanası üçün yeni binanın tikintisinə Prezident İlham Əliyevin Sərəncamına əsasən, ilkin olaraq iki milyon manat ayrılıb.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275