SAĞLIQ

Həkimlərin savadı yeni meyarlarla qiymətləndiriləcək
20 SENTYABR
271

Həkimlərin savadı yeni meyarlarla qiymətləndiriləcək

2016-09-20 15:49:00

Azərbaycanda icbari tibbi sığortanın tətbiqindən sonra dövlət xəstəxanalarına mövcud vəsaitdən 2 dəfə çox əlavə vəsait daxil olacaq.

Fins.az-ın məlumatına görə, Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin direktoru Zaur Əliyev APA-ya müsahibəsində bildirib ki, əgər maliyyə vəsaiti artacaqsa, deməli, həkimlərin əmək haqqı da artacaq. Onun sözlərinə görə, xəstəxanada çalışan həkimlərin əməyinin qiymətləndirilməsi meyarları dəyişiləcək: “Həkimin xəstələrinin sayına müvafiq olaraq gəlirləri müəyyən ediləcək. İcbari tibbi sığorta sistemində ödənişləri adambaşına olacaq. Bu həkimlərin əmək haqlarının artımına səbəb olacaq. Xəstə sayı çox olan həkimlər şəffaf şəkildə daha çox gəlir əldə edəcəklər”. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274