SAĞLIQ

Ölən adamın orqanlarının transplantasiyası gündəmdə deyil- RƏSMİ AÇIQLAMA
08 SENTYABR
192

Ölən adamın orqanlarının transplantasiyası gündəmdə deyil- RƏSMİ AÇIQLAMA

2016-09-08 13:14:00

Meyit orqanlarının transplantasiyası yaxın vaxtlarda mümkün olmayacaq. Fins.az xəbər verir ki, bunu səhiyyə nazirinin  müavini Elsevər Ağayev açıqlamasında bildirib.

Onun fikrincə, meyit orqanlarından donor kimi isti fadə etmək üçün həm qanunvericilikdə, həm də ictimai şüurda dəyişikliklər olmalıdır. E. Ağayev məsələnin mütəxəssislər tərəfindən müzakirə olunduğunu deyib:

“Bu, bir qədər etik məsələdir. Bunun üçün seminarlar keçirilməli, müzakirələr davam etdirilməlidir. Çünki millətin özünün milli xüsusiyyətləri, etik normalar da var ki, bunlar nəzərə alınmalıdır. Ona görə də meyitdən orqanların transplantasiyasının həyata keçirilməsi sonranın işidir”.

E. Ağayev səhiyyə müəssisələrinin belə transplantasiya əməliyyatları üçün hazır olduğunu da qeyd edib: “Xəstəxanalarımızda orqan transplantasiyası əməliyyatları keçirilir. Regionlarda da bu əməliyyatların həyata keçirilməsi mümkündür. Bu sahə daha da inkişaf etdirilməlidir”.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271