SAĞLIQ

Azərbaycanda böyrək köçürülməsi üçün - NÖVBƏ YARANIB
07 SENTYABR
214

Azərbaycanda böyrək köçürülməsi üçün - NÖVBƏ YARANIB

2016-09-07 15:08:00
Azərbaycanda 100-dən artıq şəxs böyrək köçürülməsi üçün növbə gözləyir. Fins.az xəbər verir ki, bunu Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov jurnalistlərə açıqlamasında deyib.
Bildirib ki, indiyədək  Azərbaycanda 732 nəfərə böyrək köçürülüb. İndi 100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbədə gözləyir.  Ş.Nəsirovun sözlərinə görə,  son 3 ildə 49 xəstəyə canlı donordan böyrəkköçürmə əməliyyatı aparılıb. Şöbə müdiri əməliyyatların 92-95 faiz u ğurla həyata keçirildiyini qeyd edib.
"Son beş il ərzində əməliyyatlarda yalnız bir xəstədə ölüm halı qeydə alınıb".

Böyrək xəstəlikləri ən çox bu bölgələrdədir

Respublika Klinik Uroloji Xəstəxananın Hemodializ şöbəsinin müdiri Fariz Babayev  Azərbaycanda bu xəstəliklərin daha çox aşkarlandığı bölgələri açıqlayıb. Onun sözlərinə görə, bu gün Azərbaycanda böyrək xəstələrinə daha çox qərb zonasında - Gəncə, Şəmkir, Ağstafa, Tovuzda və şimal zonasında rast gəlinir:
 
“Bu da onunla izah edilir ki, həmin ərazilərdə ümumi insan toplumu çoxdur. Say hesabına görə xəstəliklərinin yaranma və yayılma faizi də nisbi olaraq çoxdur”.

Uroloji xəstəliklər cavanlaşır

F.Babayev əlavə edib ki, uşaqlarda əksər hallarda böyrək çatışmazlığı irsi faktor nəticəsində yaranır: “Amma sonradan da hər hansı bir xəstəlik böyrək çatışmazlığı fəsadı yarada bilər. Bu gün Azərbaycanda böyrək çatışmazlığı səbəbindən hemodializ müalicəsi alan, 15 yaşa kimi 6 uşaq var. Onlardan ən kiçiyi 6 yaşındadır”.
 
Ş.Nəsirov bildirib ki, klinikanın 10 çarpayılıq hemodializ şöbəsində il ərzində 3 680-dən artıq dializ seansı aparılır. Böyrək xəstəliyinin cavanlaşması faktına toxunan Ş. Nəsirov deyib ki, bu, xəstəliklə anadan olan uşaqların müasir tibbi qayğı ilə uzun müddət yaşaması mümkün olur.
“Hansı ki, belə uşaqlar əvvəllər anadan olan kimi ölürdülər. Digər tərəfdən isə müasir diaqnostik imkanlar inkişaf etdiyindən cavan yaşda aşkar oluna bilməyən böyrək xəstəlikləri indi aşkarlanır”.
Neçə uşaq əməliyyat edilib?
Şöbə müdirinin sözlərinə görə,  uşaq uroloji şöbəsi üzrə isə il ərzində 2 100-dən artıq xəstə ambulator müayinədən keçirilir: “Onlardan təxminən 500 nəfəri cərrahiyyə əməliyyata məruz qalır. Klinikada uşaqlarda plastik cərrahi əməliyyatlar (ureteropieloanastomoz, ureterosistoneostomoiya, antivasal pieloanastomoz, uretroplastika və s.) , aşağı və yuxarı sidik yollarının əməliyyatları da icra olunur”.
 
 
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275