SAĞLIQ

Azərbaycan səhiyyəsində YENİ STARTAP
23 AVQUST
379

Azərbaycan səhiyyəsində YENİ STARTAP

2016-08-23 12:23:00

Azərbaycanın "Online Group" startap-şirkəti səhiyyə sahəsində sosial layihəni tətbiq edib. Bunu layihənin rəhbəri Fərid Fərhadov deyib.

Söhbət  hazırda "Play Market" və "App Store" əlavələr mağazasında əlçatan olan "Doctormap" mobil əlavəsindən gedir. 

İstifadəçilər əlavənin vasitəsilə Bakı və Sumqayıtın 20-dən artıq klinikasında müalicə və ya müayinəyə endirimlərin verilməsi üçün istifadə olunan pulsuz elektron kartlar ala biləcəklər.

Əlavənin funksiyası istifadəçini hansı müalicə müəssisələrinin pulsuz diaqnostika kampaniyası keçirdiyi barədə məlumatlandırır. 

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274