SAĞLIQ

Suyu Günəş təmizləyəcək
18 AVQUST
252

Suyu Günəş təmizləyəcək

2016-08-18 18:16:00

Yeni texnologiya suyu Günəş şüalarının köməyi ilə təmizləməyə imkan verəcək. Fins.az xəbər verir ki,  ABŞ-da günəş enerjisinin köməyi ilə suyun təmizlənməsi üsulu hazırlanıb. Belə ki, xüsusi linza suyun qızdırılması üçün günəş şüalarını fokuslayır, bu isə suyu çirkləndirən maddələrin və zərərli bakteriyaların parçalanmasına səbəb olur.

Çəkiyə malik və daşına bilən “Şüa” (“Ray”) adlandırılan qurğu bakteriyaları 99 faiz məhv edir. Sistemdən istifadə zamanı xarici qida mənbəyi tələb olunmur.

Qeyd edək ki, suyun təmizlənməsi üçün günəş enerjisindən istifadə ideyası artıq mövcud olsa da, bu üsulların əksəriyyəti yeni sistemə nisbətən böyük vəsait tələb edir və məhsuldarlığı nisbətən aşağıdır.

 

Mənbə: Trend

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270