SAĞLIQ

Həkimlərdən ofis işçilərinə - XƏBƏRDARLIQ
03 AVQUST
367

Həkimlərdən ofis işçilərinə - XƏBƏRDARLIQ

2016-08-03 15:04:00

Həyat tərzində kiçik dəyişliklər insan sağlamlığında mühüm rol oynaya bilər. Fins.az "The New York Daily News"-a istinadən xəbər verir ki, mütəxəssislər hər şeyin çox asan olduğunu vurğulayırlar.

Sağlam olmaq isteyirsənsə, daha az otur, daha çox ayaq üstə gəz. Və bu məsləhətin daha çox işdə olarkən istifadə olması tövsiyə olunur.

800 könüllüdən ibarət olan fokus-qrupun nəticələri göstərir ki, işdə ayaq üstə dayanan insanın qanındakı şəkər, yağ göstəriciləri yaxşılaşır. Gündə əlavə iki saat ayaq üstə keçirsəniz, şəkər - 2%, qandakı yağ səviyyəsi - 11% azalmaya gətirib cıxardır.

Hətta "faydalı xolestirn", yüksək sıxlıqlı liproteinlərin konsentrasiyası yüksəlir. Bu iki saatı fiziki aktivliyə yönləndirsinizsə, yağların və şəkərin səviyyəsi daha da aşağı enər, Bədən Çəkisi İndeksi isə 11% azala bilər. Eksperimentdə iştirak edənlərin nəticələrinə əsasən, bu ritm də bel nayihəsinin həcmi 7,6 sm azaldı. Qeyd edək ki, bel həcmi birbaşa ürək-damar xəstəlikləri riskinin faktorları ilə bağlıdır.

Ekspertlər adi masalardan imtina etməyə çağırırlar. Ofislərdə uzun kontorka masalarını istifadə etmək olar. Müasir zamanda insanlar bütün gününü demək olar ki oturaq vəziyyətdə keçirirlər. Avropada, məsələn, insanlar gündə 3,2 - 6,8 saat oturaraq keçirirlər. Oyaq vəziyyətinin təqribən 55-69% insan oturur. Alimlərin fikrincə, insan işinə qədər piyada getsə, orada dörd saat ayaq üstə keçirsə, ondan sonra da bir saat ev işlərini görməyə xərcləsə, bu bir saatlıq qaçışdan daha çox kalori itirə bilərsiz.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274