SAĞLIQ

Azərbaycanda QİÇS-ə necə yoluxurlar?
03 AVQUST
359

Azərbaycanda QİÇS-ə necə yoluxurlar?

2016-08-03 11:37:00

2016-cı ilin ilk 6 ayında Azərbaycanda 283 nəfər İİV-infeksiyası/QİÇS-ə yoluxub. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən fins.az-a verilən məlumata görə, onlardan 276 nəfəri (97,5%) Azərbaycan vətəndaşlarında, 7 nəfəri (2,5%) isə əcnəbilərdir.

Qeydiyyata alınan 276 yerli sakindən 180 nəfəri (65,2%) kişilər, 96 nəfəri (34,8%) qadınlardır. Bu dövrdə 86 nəfər Azərbaycan vətəndaşları  olan İİV-li xəstə QİÇS mərhələsinə keçib. 

Epidemiya daha çox yüksək riskli qruplara aid olan təbəqələr, o cümlədən narkotik maddələri iynə vasitəsilə istifadə edənlər  arasında yayılıb. Belə ki, 2016-cı ilin birinci yarım ili ərzində aşkar olunan İİV-ə yoluxma hallarının 20,3%-i, 1987-2016-cı illər ərzində isə aşkar olunan halların 49,2%-i inyeksion narkotik istifadəsi nəticəsində baş verib. 

– İİV-lə yaşayan insanlar bu hallar nəticəsində virusa yoluxub: 

– narkotik maddələrin iynə vasitəsilə istifadəsi nəticəsində  - 47 faiz 

– heteroseksual  kontakt nəticəsində -  42,1 faiz 

– homoseksual kontakt nəticəsində  -1,8 faiz, 

– anadan uşağa keçməklə  -1,8 faiz, 

– donor qanının köçürülməsi nəticəsində -1 nəfər  və ya 0,02 faiz 

– Virus daşıyıcılarının 7,3 faizində yoluxma yolu müəyyən edilməyib.

Virus hansı yolla yayılıb?

– Azərbaycanda QİÇS-ə yoluxma yolları aşağıdakı kimi olub: 

– 160 nəfər (58,0%) heteroseksual yolla,

– 56 nəfər (20,3%) parenteral yolla, 

– 5 nəfər (1,8%) homoseksual kontakt nəticəsində,

– 4 nəfər (1,7%) şaquli yolla, 

– 51 nəfərin (18,5%) yoluxma yolu müəyyən edilməyib.

Respublika QİÇS-lə Mübarizə Mərkəzi nigaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi cərçivəsində, bu ilin 6 ayı ərzində 69 min 796 şəxsi yoxlayıb. Onlardan  44 nəfərdə İİV-ə yoluxma faktı təsdiqlənib..

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275