SAĞLIQ

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı azalıb
20 İYUL
56

Azərbaycanda əczaçılıq məhsullarının istehsalı azalıb

2016-07-20 17:26:00
I yarımillikdə Azərbaycanda kimya məhsullarının istehsalı 16% azalıb

2016-cı ilin I yarısında Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2015-ci ilin analoji dövrü ilə müqayisədə 16,1% azaldıb. Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Hesabat dövründə respublikada 248,7 mln. manat ümumi məbləğdə kimya, əczaçılıq, rezin və plastik kütlə məmulatları istehsal olunub. Bununla belə, yanvar-iyun ayları ərzində kimya məhsullarının istehsal həcmi 16,1%, əczaçılıq məhsullarının istehsal həcmi 18,8%, rezin və plastik kütlə məmulatları istehsalı 22,9% azalıb”, - deyə Komitədən qeyd ediblər.

Məlumata əsasaən, cari ilin I yarısında arqon istehsalı 7,1% - 105,2 min kubmetrə qədər, barium sulfat istehsalı 11,8% - 31,8 min tona qədər, propilen istehsalı 1,7% - 27,9 min tona qədər, polietilen istehsalı 8,1% - 52,3 min tona qədər, etilen istehsalı 8,5% - 54 min tona qədər, izopropil spirti istehsalı 37,3% - 6 min 215,7 tona qədər, lak-boya məhsulları istehsalı 57,4% - 2 min 695,1 min tona qədər artıb.

Yanvar-iyun aylarında yod istehsalında 18,1% - 96,4 tona qədər, metanol istehsalında 79,9% - 445,3 min tona qədər, yuyucu vasitələrin istehsalında 12,1% - 50 tona qədər azalma qeydə alınıb.

Birinci yarımillikdə Azərbaycanda kosmetik preparatların istehsalı 95,6% - 854,3 min manatadək azalıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272