SAĞLIQ

Azərbaycan ruslarla dərman istehsal edəcək
20 İYUN
178

Azərbaycan ruslarla dərman istehsal edəcək

2016-06-20 12:20:00

Bu gün Bakıda Azərbaycan-Rusiya biznes forum keçirilib.

Forumda çıxış edən Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, iki ölkə arasında iqtisadi-siyasi münasibətlər olduqca yüksək səviyyədədir: "2015-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 1,9 milyard dollar təşkil edib. Bunun 1,5 milyard dolları idxal, 400 milyon dolları ixracın payına düşür. Bu ilin ilk dörd ayı ərzində ticarət dövriyyəsi 470 milyon dollar olub".

3 MİLYARD DOLLAR SƏRMAYƏ QOYULUB

Nazir müavini qeyd edib ki, bu gün Azərbaycanda 600-ə yaxın Rusiya kapitallı şirkət fəaliyyət göstərir.

"Rusiyadan Azərbaycan iqtisadiyyatına yatırımların ümumi həcmi 3 milyard dollar, Azərbaycanın isə Rusiya iqtisadiyyatına yatırımlarının ümumi həcmi 1 milyard dollar təşkil edib", - deyə N. Səfərov bildirib.

O bugünkü forumda 200-dən artıq şirkətin iştirak etdiyini əlavə edib.

Rusiyanın Yaroslavl vilayətinin qubernatoru Sergey Yastrebov bildirib ki, bu forum iki tərəfli əlaqələrin inkişafına müsbət təsir edəcək. O, rəhbərlik etdiyi vilayətin iqtisadi potensialından danışıb və azərbaycanlı iş adamlarını Yaroslavla yatırım etməyə çağırıb. Qubernator bunun üçün iş adamlarına lazımi səviyyədə imkan və şəraitin yaradılacağına söz verib.

4 SƏNƏD İMZALANIB

Sonda biznes forumda Azərbaycan və Rusiya arasında 4 sənəd imzalanıb. Bunlardan biri "Azpromo" və "İşgüzar Rusiya" Ümumrusiya İctimai Təşkilatı arasında əməkdaşlıq memorandumu olub. Bundan başqa, "Azpromo" "Viktoriya Esteyt" MMC arasında Moskva vilayəti və Azərbaycan ərazisində sənaye və kənd təsərrüfatı sahələrində investisiya layihələrinin təşkili haqqında memorandum imzalanıb.

Həmçinin "Azpromo" və "Bank VTB (Azərbaycan)" ASC əməkdaşlıq memorandumu imzalayıblar. Sonuncu memorandum isə "Vita A", Azərbaycan İnvestisiya Şirkətin və "R Farm" şirkətləri arasında imzalanıb. Sənədə əsasən, Azərbaycanda əczaçılıq istehsalı təşkili olunacaq.

Mənbə: Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275