SAĞLIQ

Yediyimiz qidalar ruhumuza necə təsir edir? - EKSPERT MƏSLƏHƏTLƏRİ
31 MAY
231

Yediyimiz qidalar ruhumuza necə təsir edir? - EKSPERT MƏSLƏHƏTLƏRİ

2016-05-31 17:28:00

Hər bir xalqın mətbəxi həm də onun psixologiyasını, temperamentini formalaşdırır. İnsan psixologiyası qəbul edilən qidadan çox asılıdır. Bəzi qidaların insanı sakitləşdirdiyi, bəzilərinin isə aqressivləşdirdiyi danılmaz reallıqdır.  

Bəs, görəsən ayrı-ayrı millətlərin mətbəxini formalaşdıran qidalar onların psixologiyasına, mental xüsusiyyətlərinə necə təsir edir? 
 
Azərbaycan Milli Kulinariya Mərkəzinin (AMKM) baş direktoru Tahir Əmiraslanov da bildirdi ki, qidanın insan psixologiyasına və bütövlükdə ayrı-ayrı toplumların psixologiyasına təsiri danılmazdır: “Qidanın insan psixologiyasına təsiri danılmazdır. İlk növbədə insan qida qəbul etmədiyi zaman çox aqressiv olur. Belə bir məsəl də var ki, “ac qılınca çapar”. İnsanlar ac olanda acıqlı olurlar. Qida qəbul etdikdə isə insanın əhval-ruhiyyəsi dəyişir, əsəbləri sakitləşir. Millətlərin qidalarına və psixologiyasına nəzər salsaq, görərik ki, blondinlər daha çox dənizkənarı ərazilərdə yerləşirlər və dəniz məhsulları ilə qidalanırlar. 
 
Nəticədə bəyazdərililər əmələ gəlir. Bəyazdərililər isə tez hipnoza düşürlər, onların saçları uzun olduğu üçün hipnoz onlara tez təsir edir. Amerika alimlərinin apardıqları tədqiqatlara görə, bir neçə ildən sonra blondinlərin sayı azalacaq. Çünki, artıq onların qidasının tərkibi dəyişib, balıq məhsullarının yerini başqa məhsullar alıb”. 
Baş aşpaz onu da qeyd etdi ki, çox düyü yeyən millətlər balaca boylu və çoxuşaqlı olurlar ki, bu da qidanın təsirindən asılıdır:“Azərbaycan yeməklərində ət yeməkləri üstünlük təşkil edir. Biz genetik olaraq, buna öyrəşmişik və dədə-babalarımızın da qidasının əsasını qırmızı ət təşkil edib. Ət yeyən xalqlar daha çox saz dinləyən, aşıq müsiqisinə marağı olan xalq olurlar. İndi xalqın müsiqi zövqündə sazın rolu azaldıqca, ət yeməkləri də qida rasionunda azalır. İnsan muğama qulaq asıb, ət yeyə bilərmi? Xeyr, bu, mümkün deyil. Muğama qulaq asanda insan şiriniyyat yemək istəyir. Deməli, musiqi qidanın qəbul edilməsinə də təsir edir”. 
 
T.Əmiraslanovun sözlərinə görə, düzgün kəsilməyən heyvan ətləri insan psixologiyasına mənfi təsir edir, aqressiya yaradır, ancaq düzgün kəsilən heyvan ətinin heç bir ziyanı yoxdur: “Bu səbəbdən də heyvan kəsimi qaydaları hər bir xalqın mədəniyyətində var. Heyvan kəsilərkən onun üzü qibləyə qoyulması o deməkdir ki, qan yerin maqnit xətləri üzrə axıdılsın. Qanda dəmir olduğu üçün həmin maqnit xətləri qanın tamamilə heyvanın bədənindən çıxmasına kömək edir. Heyvan kəsilərkən nə qədər sürətlə kəsilsə, bir o qədər yaxşıdır. Əgər sürətlə kəsilməsə, heyvanda istilənmə yaranır və qorxu hormonları ətə keçir. Bu isə zəhərlənməyə səbəb ola bilər. Bu səbəbdən də qan heyvanın bədənindən nə qədər sürətlə çıxsa bir  o qədər yaxşıdır”. 
 
AMKM-nin direktoru onu da vurğuladı ki, qidalar insanların yaşadığı iqlim şəraitinə uyğun olaraq, formalaşır: “Soyuq iqlimdə yaşayan insanlar həmin iqlimdə yetişən məhsullarla qidalanırlar. Soyuq iqlimdə yaşayanlar çox enerjili qidalar qəbul etsələr, bədən enerjini tez itirər. Orada bədənin istiliyi qoruması bir fizioloji faktor kimi daha önəmlidir. 
 
Bu insanlar çalışırlar ki, fizioloji və psixoloji enerjini çox xərcləməsinlər. Onlar az qida ilə bədənin istiliyini saxlamaq məcburiyyətindirlər. Bu səbəbdən də onların davranışlarında soyuqluq hiss olunur. Bəzi ölkələrin əhalisi ən qeyri-adi şeyləri belə, qida kimi qəbul edir. 
 
Məsələn, çinlilər müxtəlif həşəratlardan tutmuş, it ətinə qədər yeyirlər. Bunun səbəbi isə odur ki, həmin iqlimdə zülal azdır. Bu ölkədə insan çoxdur, lakin zülallı qidalar çatışmır. Ona görə də, qurd-quşu, nə görürlərsə, yeyirlər. Bəzi xalqların otlaqları azdır, orada qoyunçuluq, maldarlıq inkişaf etməyib. Bu səbəbdən də müxtəlif həşəratları da yeyirlər.  
 
Bizdə bir çox heyvanların, quşların yeyilməsi qadağandır. Səbəb isə odur ki, burada 9 iqlim qurşağı yerləşir, flora və faunamız zəngindir, əhali isə azdır. Bu səbəbdən də qidaları seçmək imkanı var. Məsələn, biz dənizdən yalnız balıq və kürü yeyirik. Ancaq əvvəllər heç kürü də yeyilmirdi. Çünki, qida bol idi və buna ehtiyac yox idi. Elə xalqlar var ki, bütün su heyvanlarını qida rasionuna daxil edirlər”. 
 
Baş aşpazın fikrincə, başqa millətlərin mətbəxinə uyğun olaraq, hansısa yerli qidadan imtina etmək də düzgün deyil“Azərbaycanın 9 iqlim qurşağının qovşağında yerləşməsi çox böyük üstünlük yaradır. Ancaq digər tərəfdən, hər bir xalqın mətbəxi özü üçşün gözəldir. Çünki yaşadığı iqlimin şərtlərinə uyğun olaraq, uzun illər ərzində formalaşıb. Bu gün bizim insanlar Avropa mətbəxinə baxıb, nədənsə, imtina edirlər. 
 
Mənbə: Aydınlığa-doğru.com
 
Məsələn deyirlər ki, gəlin, duzu az yeyək, avropalılar duzu az yeyirlər. Ancaq avropalıların bədənindən bizdəki qədər duz xaric olunmur, onlar bizim qədər tərləmirlər. Biz isti iqlimdə yaşadığımız üçün bədəndən tərlə birlikdə duz da xaric olur, bu səbəbdən də lazımi qədər duz yemək vacibdir. 
 
Başqa bir misal çəksək, Hindistanda yaşayanlar üçün vegeterianlıq çox yaxşıdır. Ancaq bu mətbəxi Şimal buzlu okeanda buzun içində yaşayan xalqlara təqdim etsək, onlara ət yeməyi qadağan etsək, qırılıb ölərlər. Yəni hər bir qida sistemi yarandığı yerə uyğun olaraq, faydalıdır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274