SAĞLIQ

Fiziki fəallıq xərçəngin 13 növünün qarşısını alır
19 MAY
345

Fiziki fəallıq xərçəngin 13 növünün qarşısını alır

2016-05-19 10:52:00

ABŞ-ın Milli onkologiya institutunun təqdiqatçıları ABŞ və Avropadan olan 12 könüllü qrupunun fiziki fəallıq məlumatlarını araşdırıblar. Sonra onlar bu məlumatları xərçəngin 26 növü ilə tutuşdurublar. 11 il ərzində 1,4 milyon iştirakçı arasında 186932 xərçəng hadisəsi qeydə alınıb. Alimlər müəyyən ediblər ki: fiziki fəallıq səviyyəsi xərçəng riskini 26 növdən 13-ə endirib. Belə ki, fiziki fəallıqla məşğul olanlar arasında qida borusunun adenokarsinoma riski (42%-ə qədər), qara ciyər xərçəngi (27%-ə qədər), ağciyər xərçəngi (26%-ə qədər), böyrək xərçəngi (23%-ə qədər), mədənin kardial hissəsinin xərçəngi (22%-ə qədər) və endometriya (21%-ə qədər) riski aşağı düşüb. Bundan başqa, mieloleykoz ehtimalı – 20%, mieloma – 17%, yoğun bağırsaq xərçəngi – 16%, baş və boyun xərçəngi – 15%, düz bağırsaq xərçəngi – 13%, sidik kisəsinin xərçəngi – 12%, süd vəzilərinin xərçəngi ehtimalı isə – 10%-ə qədər aşağı düşüb. Ümumilikdə fiziki fəallıq xərçəng riskini 7% aşağı salır. Bədən kütləsi və siqaretdən isifadə bu korrelyasiyaların əksəriyyətinə təsir etməyib. Mütəxəssislər qeyd edir ki, dünya üzrə insanların 31%-i fiziki fəallıqla bağlı edilən tövsiyələrə əməl etmir. Bununla belə, fəallığı artırmaqla, insan xərçəngdən qoruna bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270