PR

“Adidas” inklüziv qadın geyim kolleksiyasını təqdim etdi – Foto + Video
09 OKTYABR
107

“Adidas” inklüziv qadın geyim kolleksiyasını təqdim etdi – Foto + Video

2019-10-09 12:44:00

“Adidas” şirkəti inklüziv yeni kolleksiyanın buraxılması üçün “Universal Standard” markası ilə birləşib.

Fins.az Adindex.ru-ya istinadən yazır ki, bu seriyadan olan məhsulları artıq istehsalçının saytından tapmaq mümkündür. 

İnklüziv kolleksiyaya idman malları daxil edilib-bura idman dəsti, krop-toplar, futbolkalar və lasenilər aiddir, ölçüləri isə XXS-dən 4XL-ə qədərdir. Şirkət nəzərə alıb ki, bəzən kök olan xanımlara məşqlər zamanıbədən ölçülərinə uyğun olanları tapmaq çətin olur.

“Universal Standard”ın həmtəsisçisi Aleksandr Valdman isə deyib ki, indi belə qadınlara treyninq ilə məşğul olmaq üçün köhnə məşq paltarları və boş futbolkalar lazım olmayacaq.

“Adidas”ın biznesin inkişafı üzrə vitse-prezidenti Elison Styüart isə deyib ki, yenilik şirkətin bu istiqamətdəki ilk addımlarından biri adlandırmaq olar: “Yaxın dövrlərdə isə şirkət bir çox kateqoriya üzrə ölçü seçimini genişləndirəcək”, - deyə rəsmi qeyd edib.

©Facemark.az

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır