PR

“Pepsi” İndoneziyadan gedir: Ekspertlər səbəblərdən danışdı
09 OKTYABR
98

“Pepsi” İndoneziyadan gedir: Ekspertlər səbəblərdən danışdı

2019-10-09 10:15:00

“Pepsi” öz məhsullarını İndoneziyaya çatdırılmasını dayandırır. Şirin içkilərin ölkədə istehlakının azalması fonunda, bu bazarın sonrakı inkişafı məqsədəuyğun olmayan qəbul edilib.

Fins.az-ın məlumatına görə, TASS yazır ki, ICBP Pepsi məhsullarını eksklüziv olaraq İndoneziyaya çatdırırdı.

Pepsi və ICBP arasında müqavilənin müddəti isə artıq başa çatır, amma alkoqolsuz içki istehsalçısı müqavilənin müddətini uzatmaq haqqında düşünmür. İndoneziyada şirin içkilərin istehlakı illik olaraq 1-2% aşağı enir.

Məhsul və içki istehsalçıları Assosiasiyasının rəhbəri Edi Lukmpananın sözlərinə görə, bu sağlamlıqla bağlı əhalinin qayğısı ilə əlaqədardır. Apreldə qastroenteroloq, həkim-terapevt, tibbi elmlər namizədi İrina Piçuqina deyirdi ki, şirin qazlı içkilər orqanizm üçün olduqca təhlükəlidir.

Tərkibindəki karbohidratlara görə, o çəkinin artımına kömək edir. Bu içkilərdən müntəzəm istifadə isə şəkərli diabetə, piylənməyə və onları müşayiət edən xəstəliklərə (ginekoloji, uroloji, ürək-damar, dəri və s.) səbəb ola bilər. Ona görə də, qazlı su qastritdən əziyyət çəkən xəstələr üçün xüsusilə zərərlidir.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır