PR

Ayda nə qədər maaş sizi xoşbəxt edər?: Superjob Rusiyalılar arasında sorğu keçirdi
08 OKTYABR
80

Ayda nə qədər maaş sizi xoşbəxt edər?: Superjob Rusiyalılar arasında sorğu keçirdi

2019-10-08 10:08:00

Xoşbəxt olmaq üçün Rusiyalıların ayda aldıqları maaş gözləntisi bir il ərzində (ötən illə müqayisədə) 159 min rubldan, 161 min rubla (4200 manat-red.) qədər artıb.

Fins.az-ın məlumatına görə, bu haqda Kommersant nəşri Superjob-un araşdırmasına istinadən yazıb.

Respondentlər arasında belə bir sorğu təşkil edilib: “Onlara ayda nə qədər pul lazımdır ki, özlərini xoşbəxt insan hiss etsinlər?”. Bildirilib ki, 2019-cu il üçün bu rəqəmin ayda 161 min rubl olması kifayət idi.

Müqayisə üçün deyək ki, 2018-ci ildə bu göstərici 159 min rubl, 2017-ci ildə 184 min rubl, 2016-cı ildə isə 175 min rubl olub. Xoşbəxtlik üçün lazım olan pulun ölçüsü isə yaş və cinsdən asılı olaraq dəyişib. Məsələn, kişilərə xoşbəxt olmaq üçün qadınlar ilə müqayisədə daha çox pul lazımdır. (ayda 181 min rubl)

24 yaşına qədər olan gənclər isə bu məsələdə daha təvazökar rəftar ediblər. Belə ki, onlar üçün ayda 118 min rubl (3091 manat-red.) xoşbəxt olmaq üçün kifayət edər.

“Xoşbəxt olmaq üçün Rusiyalıların istədikləri ən yüksək maaş isə 212 min rubl olub”, - deyə araşdırmada qeyd edilib.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır