PR

“PepsiCo” şirkəti bu il nə qədər qazanıb? – Yeni maliyyə hesabatı açıqlandı
07 OKTYABR
125

“PepsiCo” şirkəti bu il nə qədər qazanıb? – Yeni maliyyə hesabatı açıqlandı

2019-10-07 12:31:00

Alkoqolsuz içki istehsalçısı “Pepsi”nin gəlirləri 2019-cu ilin üçüncü rübündə 17,2 milyard dollara çatıb. Bu isə ilin əvvəli ilə müqayisədə 4,3%-lik artım deməkdir.

Fins.az xəbər verir ki, bu haqda şirkətin maliyyə hesabatına deyilib.

Wall Street Journal “PepsiCo”nun maliyyə direktoru Hugh Jhonston-un sözlərinə istinadən yazıb ki, korporasiyanın reklam xərcləri isə qeyd olunan dövrdə 12% artıb.

Şirkətin baş direktoru Ramon Laquaranın bildirdiyinə görə, şirkətin maliyyə göstəriciləri 2019-cu ilin üçüncü rübündə gözləntiləri üstələyib. Baş direktor deyib ki, bu il gəlirlərdə 4%-lik illik artıma nail olacaqlar, hətta bunu keçəcəklər.

Şirkət cari ilin ilk üç rübündə belə yaxşı göstəricilərə nail olmalarının səbəbini marketinq və öz məhsullarının reklamına xərclədikləri investisiya ilə əlaqələndirib. “Malik olduğumuz reklamın artması istehlakçıları daha aqressiv alış vərdişlərini yaratmasına kömək olur”, - deyə CNBC nəşrinə maliyyə direktoru deyib.

Şirkətin xalis mənfəəti isə illik olaraq 16% - 2,1 milyard dollara qədər azalıb.

Kompaniya bu artımı isə xərclərin və vergilərin əhəmiyyətli dərəcədə artımı ilə izah edib. Belə ki, iyuldan sentyabra qədər ödənişlər 8,6% artaraq 6,6 milyard dollara çatıb. Bu halda “PepsiCo”nun ödənişlərinin həcmi demək olar ki, üç dəfə böyüyüb.

Hesabatda, həmçinin qeyd edilir ki, yüksək maliyyə göstəriciləri Şimali Amerika bazarında markanın müxtəlif portfelinin inkişafını təmin edib. Məsələn, “Gatorade” öz bazar payını artırıb və rüb ərzində xalis gəlirlərdə əhəmiyyətli artıma nail olub.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır