PR

Sentyabr ayının maraqlı reklam kampaniyaları – Video
04 OKTYABR
109

Sentyabr ayının maraqlı reklam kampaniyaları – Video

2019-10-04 12:31:00

Sizin dəstəyiniz, onların zirehi!

Reklam agentliyi VCCP-nin O2 ilə əməkdaşlığı ilə İngiltərənin Rugby komandası üçün “Onların zirehi ol, gülü tax” kampaniyası həyata keçirilib. Film Orta Əsrlər Asiyasında müharibəyə hazırlanan bir kənddə başlayır. Filmdə baş verənlərin davamını öyrənmək üçün videoya keçid edə bilərsiniz.

Məktəbə dönüş, “evə qayıdamamaq olmasın...”

BBDO reklam agentliyi silah əleyinə qeyri-hökumət təşkilatı “Sandy Hook Promise” üçün back to school kampaniyasını həyata keçirib. Kampaniya son illərin ən maraqlı işlərindəndir. Kampaniya üçün hazırlanan film yeni məktəb ilinin başlamasının coşqusunu hiss etdirir. Amma sonrakı dəqiqələrdə isə izləyənləri cəhənnəmin ən qaranlıq nöqtələrinə götürür.

Bu dəfə səhv cavab verənlər qazandı!

Holmes&Watson reklam agentliyi Gürcüstanda insanların səhv etmədiklərini düşündükləri üçün sığortaya ehtiyaclarının olmadıqlarının fərqinə varıb. Agentlik sığorta şirkəti TBC Insurance üçün öncə “Mosula”, yəni “problem deyil, dərd etmə” deyib. Sonra hər kəsin kiçik xətalar etdiyini göstərən qısa reklam filmləri hazırlayıb. Görünməz xətaları üstə çıxarmağa çalışan əyləncəli kampaniya, TBC Insurance-nin müştəri sayını artırmağı hədəfləyir.

Ən yaxşı maçlar belə birlikdə daha yaxşıdır.

Əyləncəli reklamları ilə yadda qalan Heineken bu dəfə “Ən yaxşı maçlar belə birlikdə daha yaxşıdır” deyir. Reklam filmi “Publicis İtalya” tərəfindən UEFA Çempionlar Liqası öncəsi üçün hazırlanıb. Biz burada maç həyəcanını paylaşacaq kimsəni tapmayan insanları görürük. Kədərli dəqiqələrdən sonra Thierry Henry bir məkana gedib maçın həyəcanını başqaları ilə paylaşır.

Bu qədər asandır

Pişiklərin masaların üzərindən stəkan, rəsm çərçivəsi, televizor “pultu” da daxil olmaq bir çox əşyanı asanlıqla itirdiklərinə, hamımız həm əylənərək, həm də əsəbləşərək şahid olmuşuq. “Wunderman Thompson” reklam agentliyi “Bravecto” bit dərmanı şirkəti üçün reklam filmi hazırlayıb. Filmdə göstərilir ki, birə, bitdən xilas olmaq, Boris adlı bir pişiyin masadan ip topasını itirməsi qədər asandır.

Bilməməyin utancı

“The Gate New York” agentliyi reklam kampaniyasında Milli Mühasiblər Birliyinin təhsilini almayan bir çox insanın iş yerlərində yaşadıqları tragikomik hadisələrdən danışır. İlk filmdə iclas əsnasında müdirlərinə qulaq asanlardan sadəcə biri oturmağa davam edir. Digərləri isə stullarından ehmalca enərək, masanın altında itirlər.

Daha çox verdiyiniz hər qəpik itirməyinizə səbəb olur!

G2A-nin reklam filmində fərqli kanallardan alış-veriş edən bir çox insanın başına gələnlərdən danışılır.

Canavar ovçusunun ümid verən hekayəsi

Bu reklam filmi prodakşının keyfiyyəti ilə fərqlənir. “Seagate Technology”nin markalarından LaCie-nin otuzuncu ilini qeyd etmək üçün hazırlanan qısa reklam filmi “Monster Hunter” adlanır. Filmdə deyilir ki, bəziləri böyüyən zaman xəyal gücünü geridə buraxır, bəziləri isə yox. Çarxda fərqli mənzərələr göstərilir və ürəyə toxunan sözlər də deyilir.

Son videoya keçid üçün linkə klik edə bilərsiniz.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır