PR

Ən dadlı şokoladların adı açıqlandı - Araşdırma
03 OKTYABR
229

Ən dadlı şokoladların adı açıqlandı - Araşdırma

2019-10-03 14:14:00

Roskontrol İstehlakçılar İttifaqının Ekspert Mərkəzi populyar brendlərin tünd şokoladlarının tədqiqatını keçirib.

Fins.az xəbər verir ki, araşdırma haqqında məlumat “Lenta.ru” saytı üzərindən paylaşılıb. 

Toplam olaraq mütəxəssislər səkkiz ticarət markasının məhsulunu yoxlayıblar. Bura “Alpen Gold”, “Osobiyi” (Krupskoy adına fabrikdə istehsal olunur), “LÜKS Babayevski” (Krasniyi Oktyabr ASC), “Dove”, “Aşan”, “Bdoxnoveniye”, “Globus” və “LÜKS Babayevski” (Babayevski adına Şirniyyat Konserni) daxildir. Test proqramı 60-dan çox keyfiyyət və təhlükəsizlik qiymətləndirmə parametrini əhatə edib.

Araşdırmada çərçivəsində “LÜKS Babayevski” (Babayevski şirniyyat konsernində istehsal olunur) təhlükəsizlik tələblərinə uyğun olmayıb. Beləliklə, test nəticələrinə, əsasən markanın bu məhsulu “qara siyahı”ya düşüb. Geridə qalan markaların təhlükəsizliyi ilə bağlı heç bir problem olmasa da, araşdırmada deyilir ki, bununla belə dad ilə əlaqədar iddialar var. Məsələn, “Krupskoy” fabrikində istehsal edilən “Osobiy”inin qara şokoladları ağızda turş bir dad buraxıb. Amma deyilib ki, “Dove”, “Bdoxnoveniye”, “Alpen Gold” isə kifayət qədər ifadə edilməmiş şokolad dadına malikdir. “Aşan” şokoladını yeyəndə ağızda “büzücü” dad, “Globus”da isə bu kakao tozunun olması hissini verib.

Qeyd edək ki, tədqiqat nəticəsində ən dadlı tünd şokolad hər iki fabrikdə istehsal edilən “LÜKS” Babayevski markası olub. Amma yuxarıda da qeyd etdiyimiz kimi, “Babayevski Şirniyyat Konsernində” istehsal olunan şokolad isə təhlükəsizlik ilə bağlı olaraq “qara siyahı”ya düşüb.

Təqdiqatın qalibi isə “Karsniy Oktyabr” fabrikində hazırlanan “LÜKS Babayeksi” şokoladı olub.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır