PR

Tesla-dakı ən şokedici xatirələrlə bağlı indiki və keçmiş əməkdaşların fikirləri
03 OKTYABR
104

Tesla-dakı ən şokedici xatirələrlə bağlı indiki və keçmiş əməkdaşların fikirləri

2019-10-03 12:18:00

Tesla şirkəti 15 illik fəaliyyəti ərzində çoxlu enişli və yoxuşlu yollardan keçib. Bu şirkətlə işləməyin nə demək olduğu barədə fərqli fikirlər var – kimlərsə orda işləməkdən məmnundurlar, bir başqaları isə Elon Musk-ın rəhbər olmasına görə məyusdurlar. Tesla-nın keçmiş  əməkdaşları burda işlədikləri vaxt onları daha çox nəyin təəccübləndirdiyindən danışıblar.

İşçilərin Elon Musk-a olan sevgisi

10 ildən artıq istehsalda işləmiş əməkdaşlardan biri etiraf edib ki, həmkarlarının Musk-u çox istəməsi onu heyrətə gətirib.

“İşçilər, yanlarından keçəndə ona təzim edirdilər” – o, deyib və sözlərinə əlavə edərək bildirib ki, bu onun üçün gözlənilməz birşey idi.

Şirkətin işində Musk-un fəal iştirakı

İki il öncə Tesla-dan qovulmuş mühəndis qrupunun keçmiş rəhbəri deyib ki, işdə tez-tez Elon Musk-ı görməkdən və onunla söhbət etməkdən heyrətə gəlib.

“O, proseslə dərindən maraqlanırdı. Mən hələ heç vaxt  hansısa başqa bir rəhbərlə belə sıx çalışmamışdım. Biz söhbət edir, görüşlər keçirirdik və o, bu və ya digər bir məsələ barədə mənim fikrimi soruşurdu” – deyə, o bildirib.

Sürətli dəyişiliklər

“Məni daha çox hər şeyin  necə sürətlə dəyişməsi təəccübləndirib” – deyə, bu il Tesladan gedən təchizat bölməsinin keçmiş işçisi etiraf edib.

Texniki mütəxəssislər üçün  adətkar olmayan əmək haqqı

Bu il işdən ayrılmış avadanlıqlara qulluq üzrə keçmiş mütəxəssis bildirib ki, saatlıq əmək haqqı onun xoşuna gəlib. Bu, texniki işçiləri motivasiya edib ki, müştərilərə lazımsız təmir işləri tətbiq etməyə cəhd göstərməsinlər və onları sevindirsinlər.

“Tesla-da işləməyə başlayanda şirkətin hər saata görə ödəniş etməsinə sevinirdim, çünki, o, ilk növbədə maşınların yaxşı vəziyyətdə olmasına çalışırdı” – deyə,o bildirib.

Tesla startap kimi işləyir

“ Bu doğrudur, Tesla-da 50 milyard dollarlıq şirkət deyil, tam olaraq startap ab-havası var. İşlədiyim vaxt biz bir çox şeyi özümüz düşünmüşdük” – deyə, Tesla-nı bu il tərk etmiş təchizat üzrə keçmiş menecer etiaf edib.

Avtomobilləri necə hazırlayırlar

“Ən təəccüblüsü odur ki, mən Tesla elektrik maşınlarının necə hazırlandığını biləndən sonra artıq  özümə belə bir maşın almaq istəmədim” – deyə, keçən il şirkətdən qovulmuş keçmiş istehsal üzrə əməkdaş bildirib.

O, deyib ki, maşınların yığılmasında hər hansısa səhvə yol verdiyi halda bunu demirdi, çünki rəhbərliyin diqqətini çəkəcəyindən ehtiyat edirdi. “ Mən maşınları necə yığdığımızı görürüdüm… və heç bir halda özümə Tesla maşını almaram”, işçi, sözlərinə əlavə edib.

Keçmiş Tesla istehsalı metodları

Altı il bundan əvvəl Tesla-da karyeraya başlayan və avtomobil yığımı ilə məşğul olan bir əməkdaş etiraf edib ki, Model S-in yığılmasında güclü əl əməyindən istifadə olunması onu təəccübləndirib.

“Mən şirkətdə işləməyə təzəcə başlayanda biz gündə 10-25 avtomobil yığırdıq. İşin böyük bir hissəsi əllə görülürdü” – o, deyib.

O vaxtdan Tesla-nın istehsal həcmi çox artıb. 2013-cü ildə şirkət 22477, keçən il isə 245240 avtomobil buraxıb.

Maşınların keyfiyyəti

“Həyatımda heç bir avtomobil, Tesla avtomobilim qədər xoşuma gəlməyib və mən hələ heç vaxt bir başqa məhsulu bu maşınları dəstəklədiyim qədər dəstəkləməmişəm” –deyə, hazırki satış meneceri bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır