PR

“Facebook” istifadəçiləri reklamverənlər ilə dialoqa girə biləcək
02 OKTYABR
74

“Facebook” istifadəçiləri reklamverənlər ilə dialoqa girə biləcək

2019-10-02 11:26:00

Facebook platforması yeni bir funksiyanı işə salıb. Belə ki, sosial şəbəkə istifadəçiləri Stories-də reklam vasitəsilə marka nümayəndələri ilə birbaşa ünsiyyət qura bilərlər.

Fins.az -ın məlumatına görə, Adweek nəşri yazır ki, yenilik haqqında “Facebook Messenger”in mütəxəssisləri məlumat verib. Bloqda deyilir ki, yeni funksiya “Facebook” auditoriyası üçün, həmçinin “Instagram” və “Facebook Messencer”də əlçatandır.

İstifadəçilər reklamverənlər ilə söhbətə başlamaq üçün, “Stories”də reklama baxan zaman barmağını yuxarıya doğru sürüşdürməlidir.

“Facebook”un nümayəndəsi Mohit Racani deyib ki, “Facebook” və ona daxil olan platformalarda ayda 3 milyon brend reklamını yerləşdirir. Korporasiyanın sözçüsünün məlumatına görə, reklamverənlər bu platformalarda reklam yerləşdirdikdən sonra, artan geridönüşləri görürlər.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır