PR

“Skyscanner” turizm şirkəti rebrendinq etdi
30 SENTYABR
97

“Skyscanner” turizm şirkəti rebrendinq etdi

2019-09-30 12:21:00

Səyahət bazarının daha müasir, davamlı inkişafına keçidinə rəhbərlik etmək istəyən “Skyscanner” rebrendinq elan edib. Yeni, parlaq firma üslubunu və cəsarətli missiyasını təqdim edib.

Fins.az-ın məlumatına görə, Advertology.ru nəşri yazır ki, yeni loqotip dörd əsas elementdən ibarətdir və onların uyğunluğu onun estetikasını formalaşdırır. Bunlar optimizm, ətraf mühitə qarşı ehtiyatlı münasibət, səyahətlər üçün ilham verən ideyalar və istiqamətlərdir. 

Qeyd etmək yerinə düşər ki, rebrendinq şirkətin bütün plaformalarına təsir edəcək. Bura tətbiq, deskop, mobil versiya və “Skyscanner”in 52 ölkə üzrə sosial şəbəkələri də daxildir.

“Skyscanne” öz işinin başlanğıcında aviabiletlərin axtarışı sahəsinə fokuslanmışdı. Bu gün isə o mehmanxanaların axtarışı və avtomobillərin kirayəsi də daxil olmaqla, səyahət təşkilinin bütün mərhələlərində insanlara kömək edir.

Videoya keçid üçün linkə klik edə bilərsiniz.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır