PR

Yahoo kompaniyası rebrendinq etdi – Foto
30 SENTYABR
59

Yahoo kompaniyası rebrendinq etdi – Foto

2019-09-30 10:20:00

Yahoo kompaniyası (eyniadlı axtarış motoru və elektron poçt operatoru) yeni loqotipini və brend kimliyini təqdim edib.

Fins.az xəbər verir ki, bu haqda yeni rebrendinqin hazırlanması ilə məşğul olan “Pantegram” agentliyi məlumat verib. 

Əsas rəng bənövşəyi olub. Loqotipdə hərflər daha yumru və qalın edilib. Nida işarəsi isə kursiv ilə yığılıb. O yeni stilin ayrıca elementi olub, ixtisar kimi isə Y! götürülüb. İstehsalçılar qeyd edirlər ki, bu durğu işarəsi sanki brendin səsini ifadə edir. Bu isə sevinc və çağırışın ifadəsidir yahoOOOOOoo!. Yeni dizaynda 1996-cı ildə provayderin loqosundan ilham alınıb.

“Biz yeni dizaynda Yahoo-nun görünüşünü cavanlaşdırmağa çalışdıq, amma bunu edən zaman da diqqət etdik ki, yeni loqo heç də uşaq kimi görünməsin”, - deyə Pantegram agentliyinin rəsmisi Maykl Beyrut deyib. O, həmçinin qeyd edib ki, internet 90-cu illərdən inkişaf etməyə balayıb, amma buna qədər isə Yahoo artıq “uşaq paltarı geyinirdi”.

Xatırlatmaq yerinə düşər ki, Yahoo kompaniyası 1994-cü ildə veb-saytların kataloqu kimi hazırlanıb. İndi isə ona elektron poçt xidməti, xəbərlər, maliyyə və ticarət xidmətləri, həmçinin özünün axtarış motoru da daxildir.

 

©Facemark.az 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır