PR

“MoviePass” startapı ideyası 70 milyon dollarla iflasa uğrayıb
23 SENTYABR
128

“MoviePass” startapı ideyası 70 milyon dollarla iflasa uğrayıb

2019-09-23 16:02:00

Sentyabrın 14-ü amerikan startapı MoviePass-ın istifadəçiləri layihənin bağlanması barədə ismarıc əldə ediblər. Bu rəsmiləşib – tətbiqi hələ iyul ayında dondurmuşdular. MoviePass kinoya abunəliyi aya 10 dollara satırdı. İdeya istifadəçilər üçün cəlbedici, biznes üçünsə ölümcül idi.

Bizplus.az xarici KİV-ə istinadən xəbər verir ki, 2017-ci startap öz səhmlərinin yarsını Helios və Matheson-a satdı. Əməliyyat 65 milyon dollara başa gəldi. Abunəliyin qiymətini bütün şəhərlər üçün bərabərləşdirdilər və aya 9,99 dollara endirdilər. Bu məbləğə bir gündə bir filmə baxmaq olardı.

2018-ci ildə azad auditorlar şirkətin ciddi zərərlərinin olduğunu bildirdilər. MoviePass 2019-cu ildə mənfəət qazanmağı düşündüklərini deyib. Buna nail olmaq üçün startapın arsenalında yalnız bir alət var idi – tarif şərtlərinin pisləşdirilməsi. Kinoteatrlarla razılıq imzalamaq mümkün olmadı: ancaq kiçik yerli şəbəkələr güzəştə gedirdilər.

Buna görə də MoviePass abunəçilərin sayını sistematik olaraq məhdudlaşdırmağa başladı. İndi artıq 9,99 dollara ayda cəmi 4 film təklif edirdilər. Sonra isə bir sıra hesablar donduruldu və ya sahibkarların bildirişləri olmayan yeni şərtlərə keçirildi. Blokbaster filmlər çıxarıldı və bir sıra kinoteatrlar xaric edildi.

MoviePass-ı satmaq istədilər, amma startapa alıcı tapılmadı. Buna görə də 2018-ci ildə layihəni sadəcə dondururlar. Sentyabrın 14-də isə startap işini real olaraq dayandırır.

©Bizplus.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır