PR

“McDonald's” ABŞ-da aparıcı kreativ agentliyini seçdi
19 SENTYABR
87

“McDonald's” ABŞ-da aparıcı kreativ agentliyini seçdi

2019-09-19 10:01:00

McDonald's Amerikada “Wieden+Kennedy New York”u (W+K) özünün aparıcı kreativ agentliyi seçib.

Fins.az xəbər verir ki, bu isə 2016-ci ildən bəri əməkdaşlıq edən, “Omnicom”un şəbəkə ilə işləmək üçün xüsusi olaraq yaratdığı “We Are Unlimited”in getməyi deməkdir. 

Yeni müstəqil agentliyə keçid 2020-ci ildə McDonald's biznesinin transformasiya strategiyasının bir hissəsidir.

Güman edilir ki, şəbəkə reklam kampaniyasının istiqamətini dəyişdirmək niyyətindədir. Həmçinin şirkət McDelivery kimi yeni menyunu hazırlamağa və müştərilərin məmnuniyyəti və rahatlığı üçün restoranların təmiri və xidmətlərini yeniləyəcək. W+K güclü və yaradıcı məhsulları və uğurlu keçmişinə görə seçilib. Agentlik belə məşhur brendlər ilə əməkdaşlıq edir. Məsələn, Nike, Bud Light, Coca-Cola (Sprite və Vitamin Water), Delta və Facebook.

Nyu-Yorkdan olan komanda 2018-ci ildə “Ford” ilə əməkdaşlıq haqqında müqavilə imzaladı. Onlar avtoistehsalçı üçün kampaniyaya rəhbərlik etməyə başladılar. Buna görə də “Ford” W+K-ni özünün innovasiya partnyoru elan etdi, şirkət onları konkret layihə və kampaniyalara fokuslanmağı tapşırdı. Maraqlısı budur ki, “McDonald's”u W+K -nin onun əzəli rəqibi KFC ilə olan uğurlu əməkdaşlığı heç də narahat etməyib. “McDonald's”dan deyiblər ki, bu agentlik üçün daha bir uğurlu qələbədir.

Qeyd etmək yerinə düşər ki, “McDonald's” “We Are Unlimited” ilə bəzi məsələlər üzrə əməkdaşlıq etməyə davam edəcək. Bura şirkətin “Happy Meals” məhsulu və brendin mobil tətbiq platforması ilə iş daxildir.

“McDonald's”un marketinq istiqaməti son zamanlar yüksəlməkdədir. Məsələn, bir çox uğurlu reklam kampaniyaları, restoranların yenilənməsi və yeni texnologiyaların tətbiqi (sərbəst sifariş üçün kiosklar daxil olmaqla) satışların 5%-dən çox artmasına və analitiklərin proqnozlarını üstələməsinə səbəb olub.

“Kantar Media”nın məlumatına görə, fast-food restoranları şəbəkəsi ötən il ABŞ-da marketinqə 765 milyon dollardan çox pul xərcləyib. 2017-ci ildə isə bu rəqəm 702 milyon dollar olub. Bu isə o deməkdir ki, bir ildə marketinq xərclərində artım qeydə alınıb. Ancaq 2019-cu ilin birinci yarısında şirkət marketinq xərclərini 302 milyon dollar azaltmışdı. 2018-ci ildə isə bu 420 milyon dollar idi.

Bundan başqa, bu ilin əvvəlində şirkət qlobal marketinq direktoru vəzifəsindən imtina etdi və Silviya Laqnado şirkəti tərk etdi. Ancaq yerli marketinq direktorları hələ də vəzifələrini icra edirlər.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır