PR

“AliExpress” avtomobillər üçün malların satışına başlayır
13 SENTYABR
101

“AliExpress” avtomobillər üçün malların satışına başlayır

2019-09-13 11:18:00

“AliExpress” Rusiya anbarından avtomobillər üçün malların satışına başlayır.

Fins.az xəbər verir ki, bu haqda “Kommersant” şirkətin press-relizinə istinadən yazıb.

Onlayn-meydançaya “Qazprom-neft” (G-Energy yağlarının markası), Philips, Euroauto və bir neçə onlarla satıcı qoşulub. İl ərzində onların sayını 500-ə qədər artırmağı planlaşdırırlar.

Meydançada hələki avtomobil ehtiyat hissələri yoxdur, buna səbəb isə partnyorların qoşulması prosessinin texniki səbəblərdən yavaşlamasıdır. Şirkətin nümayəndəsi deyir ki, avtomobil hissələrinin satışı ən tez böyüyən istiqamətlərdən biridir.

Ona marağın artması mövsümdən asılı deyil, bir sıra kateqoriyalar üzrə artım ildə 20%-dən 50%-dək təşkil edir.

“İnfoline-Analitika” agentliyinin baş direktoru Mixail Burmistrovun qiymətləndirməsinə görə, avtomobilin ehtiyat hissələrinin onlayn satış bazarı 2019-cu ildə 150 milyard rublu ötəcək.

“AliExpress”dən avtomobilin ehtiyat hissələrinin satışı ideyasının uğur qazanacağına “Favorit Motors”un rəhbəri Vladimir Popov də əmindir.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır