PR

“Amazon” video xidməti damda ən böyük reklamı yerləşdirdi - Foto
12 SENTYABR
81

“Amazon” video xidməti damda ən böyük reklamı yerləşdirdi - Foto

2019-09-12 10:11:00

Onlayn-kinoteatr “Amazon Prime Video” özünün “Cek Rayan” serialının ikinci mövsümünün başladığını sözün əsl mənasında gözəçarpan reklamla anons etməyə qərar verib.

Fins.az xəbər verir ki, “AdWeek” nəşri yazır ki, Los-Anceles beynəlxalq hava limanının yaxınlığında yerləşən evlərin damında böyük hərflərlə “Cek noyabrın 1-i” qayıdır sözləri yazılıb. 

Bu isə ona görədir ki, sərnişinlər reklamı təyyarənin enmə və qalxma vaxtında görə bilsinlər. Belə reklam lövhəsini adi qaydada görmək çətindir, o demək olar ki, konstruksiya 5000 kv.metr sahəni tutur, bunu da futbol meydançası ilə müqayisə etmək olar. Gecə vaxtı isə reklam lövhəsinin işıqları yanır.

Layihə “FlyBy Ads” reklam agentliyi ilə birgə ərsəyə gətirilib. Qeyd edilir ki, bu dünyada damda yerləşdirilən ən böyük ölçüdə reklam lövhəsidir.

©Facemark.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır